main-post-cover

    Huawei şirkəti Pikiu adlı yeni prosessor seriyası üzərində çalışır

    03.02.2019
    Orxan Jafarli
        Görünür, Huawei şirkəti öz cihazları üçün özünün istehsalı olan Kirin prosessor seriyası ilə yetinmək fikrində deyil. Buna görə də şirkət Pikiu adlı yeni prosessor seriyası üzərində çalışır. Bu barədə Letsgodigital saytı xəbər verib. Şirkət Avropa Birliyinin intellektual mülkiyyət təşkilatına (EUIPO) Pikiu adlı ticarət nişanının qeydiyyatdan keçirilməsi üçün sorğu göndərib. Sözügedən ticarət nişanı 9-cu səviyyəyə aid edilib. Bu səviyyə isə özündə smartfonlar, planşetlər, ekranlar, modemlər, ağıllı saatlar və digər kommunikasiya cihazları üçün nəzərdə tutulmuş prosessorları özündə birləşdirir. Yeni prosessor seriyası barəsində heç bir digər məlumat yoxdur.

        Ola bilsin ki, şirkət onun barəsində bu ayın sonunda keçiriləcək MWC 2019 sərgisində daha ətraflı məlumat versin. Heç istisna deyil ki, Pikiu adlı yeni prosessor seriyası şirkətin əyilə bilən smartfon modellərində də istifadə oluna bilər. Qeyd etmək lazımdır ki, şirkət özünün ilk əyilə bilən smartfon modelini 24 fevral tarixində təqdim edəcək. Buna baxmayaraq əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, şirkətin ilk əyilə bilən smartfon modeli məhz Kirin prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq yeni prosessor seriyası orta seqmentə hədəflənərək büdcəli smartfon modellərində Qualcomm MediaTek prosessorlarını əvəz edə bilər.
    Linki kopyala