Huawei şirkəti qatlana bilən Mate X'in satış tarixini və qiymətini elan etdi
Elm & Texnologiya
23.10.2019
Farid Pardashunas
Huawei şirkəti öz ilk qatlana bilən smartfon modeli Mate X-i hələ bu ilin fevral ayında təqdim etmişdi. Lakin şirkət sözügedən smartfonun satışa çıxarılması məsələsində tələsmirdi. Belə ki, Samsung şirkətinin Galaxy Fold modeli ilə yaşadığı problemlərdən sonra Huawei öz qatlana bilən smartfon modelini daha da təkmilləşdirmək istədi. Beləliklə 8 aydan sonra şirkət sonunda Mate X-in satış tarixini və qiymətini açıqladı.
Bu barədə Huaweicentral saytı xəbər verib. Mate X smartfonu iki versiyada satılacaq. Birinci model keçən ilki Kirin 980 prossessoru ilə təchiz olunub və özündə Balong 5000 adlı 5G modemi birləşdirir. Həmin Mate X modeli 15 noyabr tarixində 2400$ qiymətində satışa çıxacaq. İkinci model isə Kirin 990 prosessorunu əldə edib. İkinci modelin adı Mate Xs-dir və o, 2020-ci ilin mart ayında satşa çıxacaq. Şirkət Mate Xs-in qiymətini açıqlamayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)