
Huawei şirkəti rəsmi olaraq özünün ilk əyilə bilən smartfonunun təqdimat tarixini elan etdi
Elm & Texnologiya
01.02.2019
Emil
Huawei özünün ilk əyilə bilən smartfonunun təqdimat tarixini rəsmi olaraq elan etdi. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən smartfon bu ayın sonunda keçiriləcək MWC 2019 sərgisində təqdim olunacaq. Şirkətin ilk əyilə bilən smartfon modeli “Connecting The Future” sloqanı altında təqdim ediləcək. Dəqiq tarix isə 24 fevraldır. Yəni smartfon MWC 2019 sərgisinin başlamasından bir gün qabaq təqdim olunacaq.

Posterdəki fotoya əsasən güman etmək olar ki, cihaz tam açıq şəkildə planşeti xatırladacaq və onu əyərək smartfona çevirmək mümkün olacaq. Bu cür konseptə həmçinin Samsung şirkətinin də ilk əyilə bilən smartfon modeli sahibdir. Təəssüflər olsun ki, Huawei şirkətinin əyilə bilən smartfonu barəsində hansısa dəqiq bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, smartfon flaqman prosessor, 10/12 GB RAM və 5G şəbəkə dəstəyinə sahib olacaq. Bununla yanaşı qeyd etmək lazımdır ki, şirkət sərgi çərçivəsində yeni P30 flaqman seriyasını da təqdim edə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
