Huawei şirkəti smartfon bazarının fəth olunması planını təxirə saldı

Huawei şirkəti smartfon bazarının fəth olunması planını təxirə saldı

Texnologiya
13.06.2019 PAYLAŞIM

    Hələ bir neçə müddət bundan öncə Huawei şirkəti bildirmişdi ki, o, 2019-cu ilin sonuna kimi Samsung şirkətini smartfon satışları üzrə keçə biləcək və smartfon bazarının yeni lideri olacaq. Bu plan tamamilə düz istiqamətdə reallaşmağa doğru gedirdi. Şirkətin təqdim etdiyi hər bir smartfon modeli əvvəlki modeldən daha məşhur olurdu, şirkət bu istiqamətdə Apple şirkətini ikinci yerdən üçüncü yerə endirmişdi, satışlar isə yüksək templə artırdı.

    Lakin indi şirkət bu il üçün olan planlarına yenidən nəzər salmalı oldu. Bu barədə Phonearena saytına istinadən Gagadget saytı xəbər verib. Belə ki, Huawei Consumer Business Group-un strateji planlama üzrə direktoru Shao Yang CES Asia sərgisi çərçivəsində çıxışı zamanı bildirib ki, şirkət smartfon bazarını fəth etmək planından heç də imtina etməyib.

Bənzər xəbər


    Sadəcə olaraq bunun üçün əvvəlcədən planlaşdırıldığından daha çox zaman lazım olacaq. Yəni başqa sözlə desək, bu ilin sopuna kimi Samsung şirkətini geridə qoymaq çətin ki, mümkün olsun. Bunun əsas səbəbi isə ABŞ hökuməti tərəfindən şirkətə qarşı tətbiq edilən sanksiyalar ilə təzyiqlərdir. GoogleMicrosoft kimi şirkətlərlə əməkdaşlığın dayandırılmasından sonra Huawei üçün heç də asan olmayacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×