Huawei şirkəti tədqiqat və inkişafa qoyulan sərmayənin həcminə görə qlobal reytinqdə 5-ci pilləyə yüksəlib

Huawei şirkəti tədqiqat və inkişafa qoyulan sərmayənin həcminə görə qlobal reytinqdə 5-ci pilləyə yüksəlib

01.02.2019 PAYLAŞIM

    Çinin tanınmış texnologiya şirkəti olan Huawei özünün inkişaf göstəricilərinə görə dünyanın bir çox şirkətlərini artıq geridə qoyur. Bunu dərc edilmiş müxtəlif statistik məlumatlar da təsdiq edir.

    Məsələn, Huawei şirkəti 2017/18 maliyyə illəri üzrə sənaye tədqiqatları və işləmələr üzrə Avropa Komissiyasının Elm və Bilik Xidməti tərəfindən dərc edilmiş sərmayələr reytiniqdə 5-ci yerdə qərarlaşıb. Dünya üzrə siyahıya tədqiqat və inkişafa il ərzində 25 milyon dollardan çox sərmayə yatıran 2500-dən çox şirkət daxil edilib. Bunların arasında 438 şirkət Çindən, 778 şirkət ABŞ-dan və 557 şirkət isə Avropa İttifaqındandır.

Bənzər xəbər



    2018-ci ildə Huawei şirkəti tədqiqat və inkişafa 13.3 milyard avro vəsait xərcləyib. Əvvəlki illə müqayisədə şirkət tədqiqat və inkişafa sərf etdiyi vəsaiti 16.6 % artıraraq reytinqdə 5-ci yerdə qərarlaşıb.

    2004-cü ildən 2018-ci ilədək olan 14 il ərzində şirkət bu siyahıda 200 pillə yuxarı qalxaraq həm dinamika, həm də yatırılan maliyyənin miqdarı üzrə bir çox bazar liderlərini geridə qoyub.

    Bütün şirkətlər tərəfindən tədqiqat və inkişafa sərf edilmiş cəmi sərmayənin miqdarı 736.4 milyard avro təşkil edib.

    Statistikaya əsasən, 2017/18-ci illərdə Çinin iri şirkətləri tədqiqatlara 71.2 milyard avro xərcləyib və bu məbləğin 1/7-i Huawei şirkətinin payına düşüb.

    Qlobal səviyyədə sənaye şirkətlərinin tədqiqat və inkişafa yatırdığı vəsaitin həcmində artım 8.3% olan zaman Çin şirkətləri tərəfindən yatırılan sərmayənin orta artım tempi 20% təşkil edib.


    Digər Çin şirkətləri ilə müqayisədə Huawei şirkəti süni intellekt sahəsi və 5G şəbəkəsinin inkişafına dair araşdırmalara daha çox vəsait xərcləyib. Nəticədə, hazırki dövrə görə şirkət dünyanın müxtəlif regionlarında 5G şəbəkəsinin buraxılışına dair 26 rəsmi sifariş əldə edib və 5 G standartına uyğun 10 mindən çox baza stansiyası yükləyərək göndərib. Şirkətin illik gəliri 108.5 milyard ABŞ dollarını keçib.

    Artıq uzun müddətdir ki, şirkət öz illik gəlirinin 10%-dən çoxunu tədqiqatlara yatırır. 2008-ci ildən 2017-ci ilədək tədqiqat və inkişafa yatırılan sərmayənin həcmi 58 milyard ABŞ dollarına çatıb. Qeyd edək ki, tədqiqat və araşdırmalarla düyanın 18 ölkəsində şirkətin strukturuna daxil olan 14 institut və elmi mərkəzlər məşğul olur.

    Məsələn, Rusiyada olan mərkəz riyaziyyat, İtaliyanın Milan şəhərində yerləşən mərkəz isə mikrodalğalar üzrə texnologiyalar üzrə ixtisaslaşıb.

    Elmi mərkəzlərdən əlavə şirkət 36 birgə mərkəz və 16 OpenLabs Açıq laboratoriyalar da yaradıb ki, burada da mühəndislər və tədqiqatçılar müştərilər və tərəfaşlarla çiyin-çiyinə çalışırlar.

    Şirkət açıq çıxış kodu ilə 360 standartlaşma, sənaye alyansı və cəmiyyətlərə daxildir və fəal şəkildə bütün vacib sahəvi standartların hazırlanmasında iştirak edir.

    Huawei şirkəti son illər süni intellekt texnologiyalarının tətbiqinə xüsusi diqqət ayırır. Qeyd edək kı, 2017-ci ildə Huawei Mate 10 Seriyasını satışa çıxartmaqla dünyada ilk dəfə olaraq süni intellekt ilə təchiz olunan prosessor istehsalçısı bəyan olunub. Ötən il isə şirkət dünyada ilk dəfə olaraq Huawei Mate 20 Seriyasında 7nanometr ölçüdə süni intellekt texnologiyasını dəstəkləyən prosessor istifadə edib.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×