Huawei şirkəti yaxın gələcək üçün olan planlarını açıqlayıb

Huawei şirkəti yaxın gələcək üçün olan planlarını açıqlayıb

Texnologiya
19.11.2018 PAYLAŞIM

    Huawei şirkətinin istehlak şöbəsinin rəhbəri Richard Yu jurnalistlərlə müsahibəsində şirkətin yaxın gələcək üçün olan planlarından danışıb. Bu ilin ikinci rübündə Huawei Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən böyük smartfon istehsalçısı olmuşdu. Richard Yu-nun sözlərinə görə şirkət bununla yetinmək niyyətində deyil. Onun sözlərinə görə mobil cihazlar bazarını fəth etmək üçün şirkət öz məhsullarına daha çox innovasiyalı texnologiyaların inteqrasiya olunmasına hazırdır.

    Müsahibə zamanı Richard Yu bildirib ki, Huawei artıq 2019-cu ildə Samsung şirkəti ilə olan məsafəni qısaltmağı və onu geridə qoymağı planlaşdırır. Şirkət 2020-ci ilə kimi dünyanın ən böyük smartfon istehsalçısı olma məqsədinə çatmaq istəyir. Bu məqsədin reallaşması üçün şirkət daha çox aparıcı texnologiyaların istifadə edilməsi niyyətindədir. Artıq 2019-cu ildə şirkət özünün ilk əyilə bilən smartfon modelini təqdim edəcək. Lakin onun barəsində hələki dəqiq heç bir məlumat yoxdur. Bununla yanaşı Rchard Yu bildirib ki, şirkət süni zəka texnologiyası əsasında hazırlanacaq bir neçə innovasiyalı məhsul da təqdim edəcək.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..

×