Huawei şirkəti yeni texnologiyaların tədqiqatlarına rekord vəsait ayıracaq

Huawei şirkəti yeni texnologiyaların tədqiqatlarına rekord vəsait ayıracaq

Texnologiya
30.03.2020 PAYLAŞIM

    İrimiqyaslı karantin qərarı veriləndən sonra Çinin böyük şirkətləri öz işlərini dayandırmalı oldular. Bu isə hətta Huawei kimi böyük şirkətlərə də təsirsiz ötüşmədi və bu cür şirkətlər öz maliyyə proqnozlarına yenidən nəzər salmalı oldular. Müəyyən müddətli fasilədən sonra Huawei şirkətinin yaradıcısı Ren Zhengfei müsbət xəbərlər verib. Bu barədə The Wall Street Journal saytı xəbər verib. İrimiqyaslı karantinə baxmayaraq Çin hökuməti artıq 3 fevral tarixində Huawei şirkətinə öz əməkdaşlarının bir hissəsinin işə buraxılmasına icazə vermişdi. Söhbət, şirkətin aparıcı istiqamətlərində fəaliyyət göstərən işçilərdən gedir.

    Uzunmüddətli fasilə nəticəsində şirkət öz maliyyə göstəricilərinin aşağı salınması qərarını verdi. Ren Zhengfei-nin sözlərinə əsasən o, gələn ay üçün müsbət proqnozlar verməyə hazır deyil. Ren Zhengfei qeyd edib ki, Çindən kənarda smartfon satışları aşağı düşürlər. Lakin bu, Çin daxilindəki yüksək tələbat vasitəsilə kompensasiya olunur. Ortalama 1 ay ərzində Çində 22 milyon ədəd smartfon satılırdı. Bu isə keçən ilki lokal bazar göstəricisini geridə qoyub. Huawei şirkətinin yaradıcısı öz bəyanatlarını çox ehtiyyatla təqdim edir və güman edir ki, şirkətin əvvəlcədən planlaşdırılan maliyyə göstəricilərinə 2020-ci ildə nail olmaq ehtimalı var. Bu cür əminlik onunla sübut olunur ki, şirkət öz 150.000 işçisinin 90%-ni artıq işə geri qaytarıb.

Bənzər xəbər


    Uzanan krizisin həlli yeni investisiyalar ola bilər. Beləliklə Ren Zhengfei bu ilki tədqiqatlara əlavə 5.8 milyard dollar vəsaitin ayrıldığını qeyd edib. Nəticədə tədqiqatlara Huawei tərəfindən ayrılmış investisiyanın ümumi dəyəri 20 milyard dolları keçib. Bu isə öz növbəsində Huawei şirkətinin öz mövqelərini gücləndirməyə və kənar texnologiyalardan asılılığını aşağı salmağa yardımçı olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2019-cu ildə Huawei şirkəti tədqiqatlara 17 milyard dollar, 2018-ci ildə isə 14 milyard dollar vəsait ayırmışdı. Bundan əlavə olaraq Ren Zhengfei həmçinin informasiya texnologiyaları sahəsində olan məhsullara yüksək tələbatı da qiymətləndirib. Belə ki. indiki vaxtda daha çox insan uzaqdan çalışma rejiminə keçid edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×