Huawei şirkətinə ABŞ məhkəmələrinə müraciət etmək qadağan oluna bilər

Huawei şirkətinə ABŞ məhkəmələrinə müraciət etmək qadağan oluna bilər

Texnologiya
28.06.2019 PAYLAŞIM

    Amerikalı senator və respublikaçı Marco Rubio “Dövlət müdafiəsinə icazə qanunu”-na dəyişikliyin edilməsi sorğusunu göndərib. Yeni düzəliş Huawei şirkətinə onun patentlərindən istifadəyə görə lisenziya ödənişlərinin edilməməsi özəlliyini özündə daşıyır. Bu barədə Reuters saytına istinadən Gagadget saytı xəbər verib. Lisenziya ödənişlərinin edilməsi üzrə məsələ Huawei şirkəti ilə ABŞ-ın Verizon mobil operatoru arasındakı konfliktdən sonra aktual oldu.

    Belə ki, Huawei şirkəti şəbəkə təchizatı, strukturu və internet texnologiyaları sahəsində istifadə edilmiş patentlərə görə Verizon şirkətindən 1 milyard dollar ödəniş tələb edir. Verizon şirkəti də ABŞ hökumətinə müraciət edəndən sonra senator Marco Rubio Huawei şirkətinin bu tələbini əsassız adlandırıb və xəbərin əvvəlində olan düzəlişin baxılmasını təklif edib. Bu düzəliş isə öz növbəsində Huawei şirkətinin təzminat tələbi məsələlərində ABŞ məhkəmələrinə ümumiyyətlə müraciətini sonlandıra bilər.

Bənzər xəbər


    Şirkətin hüquq məsləhətçisi Song Liuping isə qeyd edib ki, intellektual mülkiyyət hüququ siyasiləşdirilməməlidir. O həmçinin qeyd edib ki, 2015-ci ildə şirkət lisenziyalaşdırmadan 1.4 milyard dollar gəlir əldə edib. Lakin bununla yanaşı o, digər şirkətlərin patentlərinə 6 milyard dollardan çox vəsait xərcləyib. “Biz sadəcə olaraq inanmırıq ki, Marco Rubio-nu təqdim etdiyi düzəliş qanun kimi qəbul edilsin. Biz əsas gəlir mənbəyi royalti olan şirkət olmaq niyyətində deyilik” - deyə hüquq məsləhətçisi bildirib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×