Huawei şirkətinin əməliyyat sistemi Android'n rəqibi deyil

Huawei şirkətinin əməliyyat sistemi Android'n rəqibi deyil

Texnologiya
29.07.2019 PAYLAŞIM

    Huawei şirkətinin təsisçisi və CEO-su Ren Zhengfei YahooFinance jurnalistlərinə müsahibə verən zaman şirkətin fərdi əməliyyat sisteminin hazırlanması barəsində olan planlarından danışıb. Müsahibənin əsas hissəsi Çin ilə ABŞ arasındakı münasibətləri və ABŞ sanksiyalarının Huawei şirkətinə təsirini əhatə edib. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə Ren Zhengfei-nin sözlərinə əsasən HongMeng əməliyyat sisteminin hazırlanmsı zamanı şirkət prioritet kimi mobil platformanı görmür.

    Bu cür hal yalnız o zaman mümkün olacaq ki, Android əməliyyat sistemindən istifadədə çətinliklər yaransın. O əmindir ki, Huawei ilə Google şirkətləri varolan çətinlikləri geridə qoymaq üçün bütün səylərini ortaya qoyublar və bu səylər özlərini doğrultmalıdır. HongMeng OS əməliyyat sisteminin isə məqsədində olan platformalar bunlardır: IoT, ağıllı saatlar, televizorlar, avtomobil cihazları və s. Smartfonlar bura daxil deyillər. Baxmayaraq ki, HongMeng OS Android-ə alternativ variant ola bilər, Huawei şirkəti yenə də Google məhsulundan istifadə etməyi üstün bilir.

Bənzər xəbər


    Analitiklərin fikrincə Huawei şirkətinin öz normal və stabil ekosistemini yaratmaq üçün 2-3 il vaxt lazım olacaq. ABŞ hökumətinin Huawei şirkətinə qarşı olan siyasətinə aid suallara Ren Zhengfei çox sakit və güvənli şəkildə cavablar verirdi. O bildirib ki, hətta bütün ABŞ şirkətlərindən ola biləcək irimiqyaslı boykot da Huawei şirkətinin istehsalını 1 gün belə dayandırmayacaq. Ren Zhengfei əmindir ki, hətta Qualcomm şirkəti olmasa da Huawei öz istehsalını davam etdirəcək.

    Belə ki, şirkət artıq öz prosessorlarını sistehsal edir və həmin prosessorlar günü-gündən daha da yaxşı olurlar. Lakin buna baxmayaraq şirkətin prioritetində ABŞ şirkətləri ilə əlaqəni saxlamaq dayanır. Bu həmçinin Intel şirkətinə də iddir. Huawei şirkətinin əsas biznes strategiyası ondan ibarətdir ki, o, ABŞ istehsalı məhsullardan öz aslılığını ortadan qaldırmalıdır. Ekstremal vəziyyətlərdə bunun üçün şirkətə vaxt lazım olacaq. İndi isə ABŞ hökumətindən olacaq qərarı gözləmək lazımdır. Ren Zhengfei əmindir ki, qanun onun şirkəti tərəfində olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×