Huawei şirkətinin HongMeng OS əməliyyat sistemi barəsində ilk fikirlər

Huawei şirkətinin HongMeng OS əməliyyat sistemi barəsində ilk fikirlər

Texnologiya
10.07.2019 PAYLAŞIM

    Artıq məlumdur ki, Huawei şirkəti öz smartfonları üçün fərdi əməliyyat sistemi üzərində çalışır və onu test edir. Sözügedən yeni əməliyyat sistemini test etmiş bəzi istifadəçilər onun funksiyaları barəsində bəzi məlumatları vermiş və onun Android ilə EMUI-dən fərqlənmə özəlliklərindən danışıblar. Bu barədə Gizmochina saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən HongMeng OS-də tamamilə yeni yüklənmə animasiyası və istifadəçinin öz zövqünə uyğun individual ayarlar sistemi var.

    Ekrandakı elementləri digər yerə daşımaqla və ekrana müxtəlif interaktiv vidjetlər əlavə etməklə bloklanma ekranını tamamilə dəyişmək olar. Bununla yanaşı HongMeng OS üçün xüsusi yaradılmış zəng musiqisi də mövcuddur. Əməliyyat sistemində olan ikonlar sıfırdan yaradılıb və bir çox animasiyalar əlavə olunub. Bundan əlavə olaraq əməliyyat sisteminə yeni bildirişlər paneli ilə axtarış pəncərəsi əlavə olunub. Lakin kamera interfeysi P30-dakı kamera interfeysindən daha da sadələşdirilmiş şəkildədir.

Bənzər xəbər


    Test zamanı istifadəçilər istifadəsi hələki qeyri mümkün olan bəzi funksiyaları aşkar ediblər. Çox güman ki, həmin funksiyalar hələ tam olaraq hazır deyillər. Ümumilikdə isə HongMeng OS tamamilə stabil işləyir. İstifadəçilər qeyd ediblər ki, yeni əməliyyat sistemi Android-dən daha sürətli və hamar işləyir. Qeyd etmək lazımdır ki, Huawei təmsilçiləri söz veriblər ki, HongMeng OS Android-dən 60% daha sürətli olacaq. Bu, smartfonlarda, planşetlərdə, kompüterlərdə və digər cihazlarda çalışa biləcək universal əməliyyat sistemi olacaq. Şirkətin fərdi əməliyyat sistemi ya avqust ayında ya da Mate 30 smartfon seriyası ilə birlikdə təqdim olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər məlumatların DNT-yə yazılması və saxlanması sahəsində böyük irəliləyişə ..

Məlumatların bioloji üsullar vasitəsilə yazılması və ötürülməsi heç də sürətli bir proses deyil...


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..

×