Huawei şirkətinin ilk əyilə bilən smartfon modeli barəsində bəzi məlumatlar yayıldı

Huawei şirkətinin ilk əyilə bilən smartfon modeli barəsində bəzi məlumatlar yayıldı

Texnologiya
19.11.2018 PAYLAŞIM

    Görünür, gələn il Huawei şirkəti əyilə bilən smartfonlar sahəsində Samsung-un əsas rəqibinə çevriləcək. Belə ki, yayılmış məlumatlara əsasən Huawei şirkətinin ilk əyilə smartfon modeli 8 inç ekranla təchiz olunacaq. Bu isə Samsung şirkətinin bu ay təqdim etdiyi əyilə bilən smartfon prototipinin ekran ölçüsündən (7.3 inç) böyükdür. Əyilə bilən smartfon BOE şirkəti tərəfindən istehsal edilən ekranlarla təchiz olunacaq. Qeyd etmək laızmdır ki, həmin şirkət həmçinin Huawei Mate 20 Pro modeli üçün OLED ekran istehsalı ilə də məşğul olur.

    Məlumata əsasən şirkət artıq öz əyilə bilən smartfon modelini koreyalı mobil operatorlara təqdim edib və insayderlərin verdikləri məlumata əsasən təqdim olunmuş cihaz heç də prototip deyil. O daha çox artıq hazır vəziyyətə gətirilmiş cihazı xatırladır. Görünür, Huawei şirkəti bu sahədə Samsung-a tam ciddi şəkildə rəqib olmağa hazırlaşır. Həmçinin gələn ilin əvvəlindən 5G şəbəkəsi artıq istifadəyə verilməlidir. Huawei şirkəti də öz əyilə bilən smartfon modelini məhz həmin dövrdə təqdim etməyi planlaşdırır. Gözləntilərə əsasən şirkətin ilk əyilə bilən smartfon modeli gələn ilin Fevral ayında baş tutacaq MWC 2019 tədbirində təqdim olunacaq.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×