
Huawei şirkətinin ilk əyilə bilən smartfon modelinin mümkün adları ortaya çıxdı
Elm & Texnologiya
22.11.2018
Orxan
Huawei və Samsung şirkətləri özlərinin ilk əyilə bilən smartfon modelləri üzərində aktiv şəkildə çalışırlar. İndi isə internetdə Huawei şirkətinin ilk əyilə bilən smartfon modelinin mümkün adları ortaya çıxıb. Android Headlines saytının verdiyi məlumata görə şirkətin əyilə bilən smartfon modeli Mate brendi adı altında satışa çıxacaq. Hal hazırda şirkət bir neçə ad variantları arasında seçim edir: Mate F, Mate Flex, Mate Flexi və Mate Fold.

Şirkət hələ dəqiq olaraq ad baxımından bir qərar vermədiyi üçün sadalanmış bütün adları qeydiyyatdan keçirdib. Bir sıra məlumatlara əsasən şirkətin əyilə bilən smartfon modeli iki ekrana sahib olacaq. Əyilmiş vəziyyətdə cihaz 5 inç ekrana, açılmış vəziyyətdə isə 8 inç ekrana sahib olacaq. Bundan əlavə olaraq smartfon 5G texnologiyasını və çox güman ki, yeni Kirin 990 flaqman prosessorunu əldə edəcək. Huawei şirkətinin ilk əyilə bilən smartfonunun təqdimatının gələn ilin Fevral ayında keçiriləcək MWC 2019 sərgisində keçiriləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
