Logo
    main-post-cover

    Huawei şirkətinin növbəti Kirin prosessorunun performansı Snapdragon 8 Gen 1 səviyyəsində ola bilər

         Huawei öz smartfonlarında Kirin prosessorlarını yenidən istifadə etməyə başlasa da, onlar performans mövzusunda Qualcomm ilə MediaTek-in flaqman prosessorları ilə rəqabət apara bilmirlər. İnsayderlərin vermiş olduqları məlumata əsasən Huawei üçün Kirin prosessorlarını istehsal edən SMIC şirkəti növbəti nəsil Kirin-də prosessorlar arasındakı performans fərqini azalda biləcək.
         İnsayderlərin sözlərinə əsasən növbəti Kirin prosessoru performans baxımından Snapdragon 8 Gen 1 prosessoru ilə eyni səviyyədə olacaq. Yeni prosessor öz rəqiblərindən iki nəsil geridə qalsa da Kirin 9000S ilə müqayisədə onda irəliləyiş nəzərə çarpacaq. Gözləntilərə əsasən yeni Kirin prosessoru 5 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Bəzi məlumatlara əsasən o, yaxın zamanda təqdim olunacaq Huawei P70 smartfon seriyasında istifadəyə veriləcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Huawei şirkətinin növbəti Kirin prosessorunun performansı Snapdragon 8 Gen 1 səviyyəsində ola bilər | Technote