Huawei şirkətinin yaradıcısı: '6G şəbəkəsi 10 ildən sonra aktiv olacaq'

Huawei şirkətinin yaradıcısı: '6G şəbəkəsi 10 ildən sonra aktiv olacaq'

Texnologiya
18.10.2019 PAYLAŞIM

    Bir çox ölkələrin hökumətləri və telekommunikasiya şirkətləri artıq 5G şəbəkəsinin inteqrasiyasına başlayıblar. Bir çox təchizat tərtibatçısı öz diqqətlərini artıq 6G-yə yönəltsələr də Huawei şirkətinin təsisçisi Ren Zhengfei düşünür ki, 6G barəsində danışmaq hələ tezdir. Bu barədə Gizchina saytı xəbər verib. Ren Zhengfei əmindir ki, hər bir yeni şəbəkə standartının hazırlanması bir neçə il vaxt aparır. Huawe şirkətinin təcrübəsini nəzərə almaqla Ren Zhengfei düşünür ki, adi istehlakçılar 6G şəbəkəsini 10 ildən sonra əldə edəcəklər.

    “6G şəbəkəsi yüksək tezlikdə çalışır. Onun sürəti həqiqətən də heyrətləndirir və 5G-ni geridə qoyur. Lakin 6G şəbəkələri üçün zəif olan məqam ondan ibarətdir ki, o, zəif yayılmaya sahibdir. Onun üçün lazımi infrastrukturun yaradılmasına 10 il vaxt lazım ola bilər” - deyə Ren Zhengfei bildirib. 2009-cu ildə Huawei şirkəti 5G şəbəkəsinin inkişaf etdirilməsinə 600 milyon dollar investisiya yatırmışdı. 5G şəbəkəsi üzərində işlərin sürətləndirilməsi üçün 2016-cı ildə əlavə olaraq 1.4 milyard dollar investisiya da cəlb edildi.


    Maraqlısı ondadır ki, Huawei şirkətinin 5G şəbəkəsinin inkişafına yatırdığı vəsait ABŞ və Avropadan olan şirkətlərin yatırdıqları vəsaitlərdən 2 milyard dollar çoxdur. Bugünki gündə Huawei şirkətinə 5G şəbəkəsi ilə bağlı patentlərin 20%-i məxsusdur. Analitiklər əmindirlər ki, kommersiya məqsədli istifadə üçün 6G şəbəkəsinin yaradılmasına 2030-cu ildə start veriləcək. Nəzəri cəhətdən 6G şəbəkəsinin sürəti 5G-dən 10 dəfə çoxdur və saniyədə 1 Tbit-ə çata bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..


Nüfuzlu insayder Snapdragon 8 Gen 2 flaqman prosessorunun bəzi özəllikləri barəs..

Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin yeni flaqman prosessorunun texniki ..


Neuralink-in rəqibi beyin implantlarının ABŞ-da insanlar üzərində testlərinə sta..

Elon Musk-ın Neuralink layihəsinin rəqibi olan Synchron şirkətinin sözlərinə əsasən onun beyin impla..

×