Huawei şirkətinin yaradıcısı ABŞ sanksiyalarına qarşı olan B planından danışdı

Huawei şirkətinin yaradıcısı ABŞ sanksiyalarına qarşı olan B planından danışdı

Texnologiya
27.12.2019 PAYLAŞIM

    Huawei Developer Day konfransı çərçivəsində Huawei şirkətinin yaradıcısı Ren Zhengfei şirkət məhsullarından aktiv şəkildə istifadə edən yarım milyard istifadəçi göstəricisinin əldə olunduğunu elan edib. Bununla yanaşı jurnalistlərə müsahibə verən zaman o, ABŞ sanksiyalarının davam edəcəyi halda şirkətin mövcud olan B planından danışıb. Bu barədə Gizchina saytı xəbər verib.

    Ren Zhengfei qeyd edib ki, şirkətin sağ qalması üçün ABŞ ilə olan münasibətdə baş verə biləcək ən pis nəticələrə hazırlaşmaq lazımdır. O qeyd edib ki, hal hazırda şirkət 570 milyon aktiv istifadəçiyə və şirkətin fərdi ekosisteminin inkişaf etdirilməsi üçün qeydiyyatdan keçmiş 1.2 milyon tərtibatçıya sahibdir. Bundan əlavə olaraq Huawei Mate 30 flaqman smartfon seriyası və 5G şəbəkəsi üçün olan baza stansiyaları artıq ABŞ istehsalı olan komponentlərsiz hazırlanır.


    “Bizim çox iddialı B planımız var. Əgər ABŞ hökuməti bizə məhsul satılması məsələsində öz şirkətlərinə qadağanı aradan qaldırmasa bizim başqa variantlarımız da var. Əgər həmin variantlar stabil olsalar, düşünmürəm ki, biz gələcəkdə ABŞ şirkətləri ilə əməkdaşlığı davam etdirək” - deyə Ren Zhengfei qeyd edib. O həmçinin bildirib ki, Huawei dünyanın ən böyük smartfon istehsalçısı olmaq potensialına sahibdir. Lakin bunun üçün bir qədər müddət lazım olacaq. Qeyd etmək lazımdır ki, şirkətin növbəti böyük təqdimatı Huawei P40 smartfon seriyası olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..


SpaceX-in Crew Dragon kosmik aparatı avtopilot sistemindən uğurla istifadə edib ..

NASA agentliyi SpaceX-in kosmik aparatının tam avtonom rejimdə BKS (Beynəlxalq Kosmik Stansiya) modu..


Starlink peyk internetinin sürəti 2 dəfə yüksəlib

SpaceX-in Starlink peyk internetinin istifadəçiləri məlumatların ötürülmə sürətinin artdığını bildir..


Mühəndislər 5G vasitəsilə havadan elektrik enerjisi yığan xüsusi cihaz hazırlayı..

Corciya Texnologiya İnstitutunun mühəndisləri 5G şəbəkəsinin əsasında naqilsiz şarj texnologiyasını ..

×