main-post-cover

    Huawei şirkətinin yaradıcısı ABŞ şirkətlərinə yardım əlini uzatmaq istəyir

    Elm & Texnologiya
    13.09.2019
    Farid Pardashunas
        Huawei şirkətinin yaradıcısı və general direktoru olan Ren Zhengfei ABŞ hökuməti arasında olan münasibətlərin nizamlanması üçün yeni variant təklif edib. O bildirib ki, şirkət öz aparıcı texnologiyalarını ABŞ şirkətləri ilə bölüşməyə hazırdır. Bu vasitə ilə onlar şərqdəki rəqiblərindən geri qalmayacaqlar. Bu barədə Gizmochina saytı xəbər verib.
        Şirkətin yaradıcısı bildirib ki, onlar 5G şəbəkəsi ilə əlaqəli olan texnologiyaların lisenziyalaşdırılması məsələsini müzakirə edirlər. “Huawei ABŞ şirkətləri ilə öz 5G texnologiya və təchizatlarını bölüşməyə hazırdır. Bununla onlar özlərinin 5G sənayesini yarada biləcəklər. Bu, ABŞ, Çin və Avropa arasındakı vəziyyəti eyni səviyyəyə gətirə bilər” - deyə Ren Zhengfei New York Times-a müsahibəsində bildirib.
        O həmçinin əlavə edib ki, ABŞ şirkətləri Huawei-nin 5G şəbəkə təchizatları ilə çalışmaq üçün nəzərdə tutulmuş proqram koduna dəyişikliklər edə və ya onları istədikləri kimi istifadə edə bilərlər. Beləliklə onlar Huawei şirkətinin intellektual mülkiyyəti əsasında yaradılmış fərdi 5G təchizatlarını Çin bazarı istisna olmaqla dünyanın istənilən nöqtəsində sata bilərlər. Qeyd etmək lazımdır ki, bu cür razılaşmanı təkcə ABŞ hökuməti deyil həm də Çin hökuməti müsbət qarşılamalıdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər