Huawei şirkətinin yaradıcısı: 'Bir neçə ildən sonra HarmonyOS Android ilə rəqabət apara biləcək'

Huawei şirkətinin yaradıcısı: 'Bir neçə ildən sonra HarmonyOS Android ilə rəqabət apara biləcək'

Texnologiya
14.10.2019 PAYLAŞIM

    Huawei şirkətinin təsisçisi və general direktoru olan Ren Zhengfei, Fortune saytına müsahibə verib və həmin müsahibədə o, şirkətin HarmonyOS əməliyyat sistemi ilə bağlı gələcək planlarından danışıb. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, HarmonyOS avqust ayının əvvəlində təqdim edilmişdi. Məhz ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin qızğın vaxtında və ABŞ hökumətinin Huawei şirkətinə qarşı tətbiq etmiş olduğu sanksiyaların fonunda.

    Bu əməliyyat sistemini istənilən növ cihazda istifadə etmək olar: Smartfonlar, televizorlar, smart saatlar, noutbuklar və s. Sözügedən əməliyyat sistemini ilk əldə etmiş cihazlar isə Honor televizorları oldular. Əməliyyat sisteminin təqdimatı zamanı şirkət söz vermişdi ki, o, Çindən kənarda da çalışacaq. Lakin buna baxmayaraq şirkət öz smartfon modellərində Android əməliyyat sistemini HarmonyOS ilə əvəz etməyə tələsmir. Bunun yerinə şirkət hələ ki, açıq kod mənbələi Android versiyasından istifadə edir.


    Buna baxmayaraq Ren Zhengfei əmindir ki, HarmonyOS-in bazarda öz mövqelərini gücləndirməsi üçün 2-3 il vaxt lazımdır və artıq bir neçə ildən sonra o, Android və iOS də daxil olmaqla əməliyyat sistemləri bazarında digər təmsilçilər ilə ciddi rəqabət aparacaq. Bununla yanaşı Ren Zhengfei bildirib ki, Huawei şirkəti Android əməliyyat sistemindən istifadə etməyə davam edəcək və o, Google şirkəti ilə olacaq dost əməkdaşlığına inanır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..

×