Huawei şirkətinin yaradıcısı: 'Biz, Google olmadan da nömrə 1 olacağıq'

Huawei şirkətinin yaradıcısı: 'Biz, Google olmadan da nömrə 1 olacağıq'

Texnologiya
28.11.2019 PAYLAŞIM

    Huawei şirkətinin ABŞ regionunda fəaliyyətinin davam etdirilməsi üçün ABŞ hökumətinin icazə lisenziyasının müddətinin uzadılmasından sonra Huawei şirkətinin yaradıcısı Ren Zhengfei ABŞ hökumətinin mövqeyini tənqid edib və şirkətin fərdi əməliyyat sisteminin inkişaf etidirilməsi planlarından danışıb. O həmçinin qeyd edib ki, əgər Huawei şirkəti Google servislərinin alternativ variantlarına müraciət etməkdə məcbur qalsa bu ilk növbədə ABŞ-ın yerli biznesinə zərər yetirəcək. Bu barədə 4pda saytı xəbər verib.

    Öz müsahibəsi çərçivəsində Ren Zhengfei qeyd edib ki, ABŞ hökuməti tərəfindən təyin edilmiş sanksiyalar nəticə etibarilə Huawei şirkətini daha güclü edəcəklər. Onun sözlərinə əsasən ABŞ hökuməti tərəfindən hal hazırki təzyiqlərin Huawei biznesinə zərər yetirməsinə və şirkətin Google servislərindən məhrum olmasına baxmayaraq şirkət nəticədə Android sahəsində lider şirkət olacaq. Bu sadəcə zaman məsələsidir. O həmçinin bildirib ki, şirkətin fərdi əməliyyat sistemi olan HarmonyOS geniş şəkildə yayılandan sonra Google şirkətinin geri dönüş şansı olmayacaq.


    Ren Zhengfei düşünür ki, ABŞ hökumətinin sanksiyalar qərarı sadəcə ehtimallar üzrə verilib və Huawei texnologiyalarının ABŞ-ın milli təhlükəsizliyinə qarşı təhlükə mənbəyi olması üzrə hökumət heç bir sübut təqdim etməyib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinin biznesinin yerli bazarda davam etdirilməsi üçün lisenziya müddətini daha 90 gün uzatmışdı. Həmin vaxtda ABŞ-ın ticarət naziri qeyd etmişdi ki, bu sadəcə müəyyən müddətlik bir qərardır və yerli şirkətlərin Huawei texnologiyalarına alternativ variantların axtarılması üçün nəzərdə tutulub. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..

×