Logo
    main-post-cover

    Huawei üçün Kirin 9000s prosessorunun hansı üsul ilə hazırlandığı açıqlanıb

    Elm & Texnologiya
    27.10.2023
    Emil
         Məlumdur ki, Çin hal hazırda prosessorların istehsalı üçün nəzərdə tutulmuş müasir təchizatları əldə etmək kimi bir imkana sahib deyil. Buna görə də Çin prosessorların istehsalı mövzusunda alternativ variantları axtarmaq məcburiyyətində qalır. Bloomberg saytı öz növbəsində Çinin SMIC adlı şirkətinin Huawei üçün 7 nanometrlik Kirin 9000s prosessorunu hansı üsul ilə hazırladığını açıqlayıb. Qeyd etmək lazımdır ki, Kirin 9000s prosessoru Huawei şirkətinin ən son yeni smartfonlarında istifadə edilir.
         Məlumata əsasən SMIC şirkəti dərin ultrabənövşəyi litoqrafiya (EUV / çap növü) təchizatına sahib deyil. Lakin o, artıq köhnəlmiş ultrabənövşəyi litoqrafiya (DUV) üçün nəzərdə tutulmuş təchizatların təkmilləşdirilməsinə yol tapa bilib. Bu cür təchizatın sayı isə Çində çoxdur. Hətta təchizatların istehsalı ilə məşğul olmuş ASML şirkəti də onların təkmilləşdirməyə məruz qala biləcəkləri ehtimalını nəzərdən keçirməyib.
         Məhz bu səbəbdən ASML keçən ilin yay fəslinə kimi Çin şirkətlərinə problemsiz şəkildə DUV təchizatlarını sata bilib. Bu aydan ABŞ hökuməti özündə ABŞ texnologiyalarını birləşdirən müəyyən litoqrafik təchizat modellərinin eksportlarına nəzarət etməyə başladı. İlkin məlumata əsasən Çinin prosessor istehsalçıları DUV təchizatlarının təkmilləşdirilməsi məsələsində dövlət dəstəyini əldə edirlər. Belə ki, bu proses heç də ucuz başa gələn bir proses deyil.
    Paylaş