Huawei və ZTE rəsmi olaraq ABŞ-ın milli təhlükəsizliyinə zərər yetirə biləcək şirkətlər kimi təyin olunublar

Huawei və ZTE rəsmi olaraq ABŞ-ın milli təhlükəsizliyinə zərər yetirə biləcək şirkətlər kimi təyin olunublar

Texnologiya
02.07.2020 PAYLAŞIM

    ABŞ-ın əlaqələr üzrə federal komissiyası (FCCHuawei ZTE şirkətlərini rəsmi şəkildə milli təhlükəsizliyə zərər yetirə biləcək təhlükə mənbəyi kimi təyin edib. Bu barədə CNBC saytı xəbər verib. Bu məsələdə yeni məhdudlaşdırıcı proseslər dövlət subsidiyaları üçün nəzərdə tutulmuş 8.3 milyard dollarlıq büdcəyə sahib Universal Service Fund adlı proqramı əhatə edəcək. Bundan sonra ABŞ şirkətləri Huawei və ZTE-dən hansısa təchizatları və ya xidmətləri almaq üçün bu fonddan istifadə edə bilməyəcəklər.

    Bu isə bütün ABŞ üzrə şəbəkə ilə çalışan təşkilatlar üçün təchizat və xidmətin yeganə alışı ilə subsidiyalaşdırma üsulu idi. FCC-nın sədri olan Ajit Pai qeyd edib ki, Huawei və ZTE şirkətlərinə qarşı bu cür qərarın qəbul edilməsi üçün onlar ciddi sübutlara sahibdirlər. Onun sözlərinə əsasən bu şirkətlər Çin qanunvericiliyinə tabe olduqlarına görə onlar Çinin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edə bilərlər. Huawei və ZTE isə dəfələrlə bu cür bəyanatları təkzib ediblər.


    “Bugünki əmrlərə və çoxlu sayda ciddi sübutlara əsaslanaraq FCC, Huawei və ZTE şirkətlərini ABŞ-ın əlaqə şəbəkələri üçün təhlükə mənbəyi kimi təyin edib. Biz, Çinin bizim şəbəkə boşluqlarından istifadə edərək əlaqə infrastrukturumuzu təhlükə altın atmağa imkan verməyəcəyik” - deyə FCC-nın bəyanatında qeyd edilib. Faktiki olaraq bu şirkətlərin ABŞ-ın milli təhlükəsizliyinə qarşı təhlükə mənbəyi olmaları hələn keçən ilin noyabr ayında deyilirdi. Görünür, FCC bu məsələdə bütün formal prosesləri sonlandıraraq yekun qərar çıxardıb. Huawei və ZTE hələ bu məsələ ilə bağlı fikir bildirməyiblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti süni zəkanın superkompüterdə öyrənmə sürəti üzrə yeni rekorda imz..

Google şirkəti machine learning dəstəkli superkompüterlərin testlərinin sona çatdığını elan edib. Be..


Elon Musk, Neuralink-in yeni çipinin daha bir özəlliyindən danışdı: Yeni təqdima..

Elon Musk tərəfindən yaradılmış Neuralink şirkəti bu ilin sonunda beyin çiplərinin insan üzərində il..


Google, AirDrop analoqu Nearby Sharing funksiyasını Chrome brauzerinə əlavə edib..

Google şirkəti özünün AirDrop analoqu olan Nearby Sharing funksiyasını ilk növbədə Android 11-in bet..


Tesla elektromobilləri yeni batareyalar hesabına daha çox yol qətt edə biləcəklə..

Batareyanın tərkibində kobalt elementinin miqdarı nə qədər az olarsa enerjinin sıxlığə bir o qədər ç..


SpaceX-in Crew Dragon kosmik gəmisi astronavtları uğurla Yer kürəsinə qaytardı (..

SpaceX-in Crew Dragon kosmik gəmisi ilə BKS-ə (Beynəlxalq Kosmik Stansiya) yollanmış astronavtlar Ro..


Məşhur Kodak şirkəti 1500% dəyər qazandı: Koronavirus təsiri

Məşhur Kodak şirkəti koronavirus dərmanlarının hazırlanmasında yardım göstərəcəyi üçün 1500% dəyər q..

×