main-post-cover

    Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    26.06.2022
    Farid Pardashunas
        Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib. Yeni qulaqlıqlar Fransanın audiotexnika istehsalçısı olan Devialet şirkəti ilə birlikdə hazırlanıb. Birinci FreeBuds Pro-dan fərqli olaraq FreeBuds Pro 2-də səs keyfiyyətindən əlavə olaraq digər özəlliklər də yaxşılaşdırılıb. Onların arasında ətraf səs-küyün aktiv boğulması funksiyası və qulaqlıqların çalışma zamanı var. Huawei şirkətinin sözlərinə əsasən FreeBuds Pro 2-nin konstruksiyasında ilk dəfə olaraq Magnet Dynamic adlı 11 mm-lik drayverlərdən istifadə edilib. Sözügedən drayverlər şirkətin bütün qulaqlıqlarındakı drayverlər arasında ən geniş tezlik diapazonuna (14 Hz-dən 48 kHz-ə (kiloherz) qədər) sahibdirlər.
        Bundan əlavə olaraq qulaqlıqlar adaptiv ekvalayzerə sahibdirlər və həmin ekvalayzer optimal şəkildə səsi tənzimləyir. Sözügedən qulaqlıqlarda 3 dinamik optimizasiya alqoritmindən istifadə edilir. Həmin alqoritmlər real zaman ərzində səs gücünün dəyişilməsini, istifadəçinin eşitmə kanalının strukturunu və qulaqlıqlardan istifadədə istənilən dəyişikliyi təyin edə bilirlər. FreeBuds Pro 2 All-Scenario Seamless AI Life adlı funksiyaya sahibdir. Sözügedən funksiya qulaqlıqların istənilən əməliyyat sisteminə sürətli və rahat qoşulmalarını təmin edir. Yeni qulaqlıqlar həmçinin 47 dB-ə (desibel) kimi ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyirlər.
        Qeyd etmək lazımdır ki, ilk FreeBuds Pro modelində bu göstərici 40 dB-ə kimi təşkil edirdi. Qulaqlıqlarda ətraf səs-küyün aktiv boğulması üzrə 3 rejim reallaşdırılıb: Standart, Komfort Ultra. Bundan əlavə olaraq FreeBuds Pro 2-də şəffaf rejim də mövcuddur. Onun vasitəsilə istifadəçi qulaqlıqlardan istifadə edən zaman da ətrafdakı səsləri eşidə bilər. Qulaqlıqların gövdələri IP54 standartı üzrə sudan və tozdan qorunurlar. Ətraf səs-küyün aktiv boğulması funksiyasının aktiv olduğu halda FreeBuds Pro 2 4 saat, deaktiv olduğu halda isə 6.5 saat çalışa bilir. Şarj keysi ilə birlikdə isə bu göstəricilər 18 saat və 30 saat təşkil edirlər. Huawei FreeBuds Pro 2 11 iyul tarixində 199 avro qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər