Huawei yeni qatlana bilən smartfonu Mate Xs-i təqdim edib - QİYMƏTİ

Huawei yeni qatlana bilən smartfonu Mate Xs-i təqdim edib - QİYMƏTİ

Texnologiya
25.02.2020 PAYLAŞIM

    Öz yeni noutbuk və planşet modelindən əlavə olaraq Huawei şirkəti hamı tərəfindən gözlənilən yeni qatlana bilən smartfon Huawei Mate Xs-i təqdim etdi. Yeni prosessordan əlavə olaraq Mate Xs modeli keçən ilki Mate X ilə müqayisədə daha dözümlü ekran örtüyü, yüksək batareya həcmi və güclü şarj aparatını əldə etdi. Beləliklə smartfon Samsung istehsalı olan 8 düym AMOLED ekrana sahibdir. Şirkətin verdiyi məlumata əsasən Mate Xs keçən ilki modeldən fərqli olaraq təkmilləşdirilmiş şarnir konstruksiyasını və 80% daha dözümlü olan ekran örtüyünü əldə edib.

Bənzər xəbər


    Qatlanmış vəziyyətdə smartfon iki ekrana sahib olur. Bu halda onlardan biri 6.6 düym, digəri isə 6.38 düym olur. Bu cür konstruksiya vasitəsilə istifadəçi istədiyi ekranı əsas ekran kimi istifadə edə bilər. Əsas texniki özəlliklərə gəldikdə isə Mate Xs Kirin 990 5G prosessoru, 8 GB RAM, 512 GB daxili yaddaş həcmi, 5G modemi, 40 MP (f/1.8 diafraqma, RYYB filtr, OIS) + 8 MP (80 mm-lik fokus məsafəli teleobyektiv, 3 qat optik zoom, optik stabilizasiya) + 16 MP (f/2.2 diafraqmalı genişbucaqlı sensor) üçlü arxa kamera, kadrda olan obyektlərin skan olunması üçün əlavə ToF modul və ümumilikdə 4500 mAh enerji tutumlu olan 2 ədəd batareya ilə təchiz olunub.

    Qeyd etmək lazımdır ki, smartfonun kameraları Leica markalı kameralardır. Şirkətin verdiyi məlumata əsasən 55 vatt gücündə olan sürətli şarj texnologiyası vasitəsilə Mate Xs 80% enerjini 30 dəqiqə ərzində yığa bilir. Smartfon EMUI 11 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Huawei Mate Xs smartfonu 2499 avro qiymətində satışa çıxacaq. Onun satış tarixi barəsində məlumatı isə şirkət daha sonra verəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×