Hyperloop kapsulu yeni rekord sürətə çatdırılıb

Hyperloop kapsulu yeni rekord sürətə çatdırılıb

Texnologiya
23.07.2018 PAYLAŞIM

    WARR Hyperloop komandasının mühəndisləri Hyperloop nəqliyyat sisteminin qatarları üçün olan sərnişin kapsulunun sürətini yeni rekord göstəriciyə çatdırıblar. Söhbət, saatda 466.7 km sürətdən gedir. Bundan əvvəlki rekord sürət göstəricisi keçən ilin Dekabr ayında əldə olunmuşdur. Həmin vaxtda Hyperloop One şirkəti özünün sərnişin kapsulunu saatda 386 km sürətə çatdırmışdı. Yeni rekord göstərici Elon Musk-ın SpaceX şirkəti tərəfindən keçirilən Hyperloop Pod Competition yarışması çərçivəsində əldə olunub.

    Məlumatda qeyd olunub ki, bu cür rekord sürət 50 kilovatt güclü mühərrikin ümumilikdə gücü 240 kilovatt olan 8 kiçik elektromühərrikləri ilə əvəz olunması nəticəsində əldə olunub. Bununla yanaşı mühəndislər kapsulun aerodinamik özəlliklərini yaxşılaşdırmaq üçün kapsulun formasını da dəyişiblər. Qeyd etmək lazımdır ki, Hyperloop nəqliyyat sistemi ilk dəfə Elon Musk tərəfindən 2012-ci ildə təklif olunmuşdu. Bu nəqliyyat sistemi aerodinamik borulardan və sərnişin kapsullarından ibarətdir. Hal hazırda Hyperloop nəqliyyat sisteminin tikilməsi ilə bir neçə şirkət məşğuldur. Onların arasında Hyperloop Transportation Technoogies və Hyperloop One şirkətləri də var.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..

×