Hyperloop vakuum qatarının yeni testi keçirildi. Qatar, saatda 310 km sürət yığdı (VİDEO)

Hyperloop vakuum qatarının yeni testi keçirildi. Qatar, saatda 310 km sürət yığdı (VİDEO)

Texnologiya
02.08.2017 PAYLAŞIM

“Hyperloop One” şirkəti özünün Hyperloop vakuum qatarının yeni testini keçirdib.

Bu dəfə test, müəyyən miqdarda vakuumun olduğu xüsusi tuneldə keçirilib və test zamanı qatarı, saatda 310 km sürətə çatdırmaq mümkün olub. Sözügedən test, 29 İyul tarixində keçirilib. Sərnişin kapsulu, daxilində müəyyən miqdarda vakuumun olduğu 500 metr uzunluğunda olan tunelə yerləşdirilib. Məlumata əsasən bu ilk testdir ki, Hyperloop qatarını, maqnit levitasiya vasitəsilə saatda 310 km sürətə yüksəltmək mümkün olub. May ayında şirkət ilk dəfə maqnit platformanın, tamamilə vakuum şəraitində tuneldə testini keçirtmişdi. Həmin test zamanı sözügedən platforma, saatda 112 km sürət yığmışdı. Test zamanı şirkət, sərnişin kapsulunun dizaynını təqdim etmiş və bildirmişdi ki, növbəti test zamanı onlar həmin kapsulun sürətini saatda 400 km-ə çatdırmaq niyyətindədirlər. Qeyd etmək lazımdır ki, 2013-cü ildə Elon Musk tərəfindən təqdim olunmuş Hyperloop texnologiyasının konsepsiyasına əsasən qatarlar, saatda 1200 km sürət yığa biləcəklər.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..

×