
Hyundai, dünyanın ilk hidrogenli səssiz və görünməz tankını istehsal edir!
Elm & Texnologiya
28.10.2024
Aslan
Hyundai Rotem, enerji mənbəyi olaraq hidrogen yanacaq elementlərini istifadə edən yeni nəsil tanklar hazırlamağa başlayıb. Bu sayədə yeni nəsil tanklar həm səsiz olacaq, həm də termal iz buraxmayacaq.
Hyundai Rotem, Müdafiə İnkişaf Agentliyi və digər müdafiə texnologiyaları tədqiqat institutları ilə əməkdaşlıq edərək, K2 əsas döyüş tankını təkmilləşdirmək planlarının bir hissəsi kimi yeni nəsil bir tank modeli dizayn edir. Gözlənilən K3 tankının gizlilik mərkəzli bir dizayna sahib olması gözlənilir. Bu sayədə tankın radar izinin azaldılması məqsəd qoyulub. Həmçinin, gizliliyi artıran bir gövdə boyası da istifadə ediləcək.

İstehsalı 2040-cı illərdə planlaşdırılan bu yeni tank, K2 tankının dizel mühərrikinin yerini alacaq hidrogen yanacaq elementləri ilə təchiz ediləcək. Beləliklə, ilk dəfə hidrogenlə işləyən bir tank inkişaf etdirilmiş olacaq. Tankın hidrogen yanacaq elementləri, dik əraziləri və enişli mənzərələri aşmaq üçün kifayət qədər at gücü istehsal edəcək. Buna görə də K3 tankı həm səsiz olacaq, həm istilik emissiyaları yaratmayacaq, həm də radarlarda aşağı bir görüntüləməyə sahib olacaq.

Bundan əlavə, tank gizlilik, avtomatik sürmə və dron istifadəsi xüsusiyyətlərinə və 130 millimetrlik hamar lüləli bir topa da malik olacaq. Hyundai Rotem rəsmilərdindən biri bu tankı “Yeni nəsil tank, süni intellekt əsaslı bir atəş idarəetmə sistemi istifadə edərək daha güclü qabaqlayıcı hücum qabiliyyətlərinə sahib olacaq” deyə ifadə edib. Şirkət tam hidrogen yanacaqlı bir tank inkişaf etdirmədən əvvəl dizel və elektrik istifadə edən hibrid bir model inkişaf etdirməyi planlaşdırır.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
