"I, Robot"un rejissoru Elon Musk-ın onun dizaynlarını oğurladığını iddia edib!
Elm & Texnologiya
15.10.2024
Farid Pardashunas
"I, Robot" filminin rejissoru Alex Proyas, Tesla-nın bu həftə təqdim etdiyi sürücüsüz avtomobilləri öz filmindəki avtomobillərlə müqayisə edərək Elon Mask-ı onun dizaynlarını oğurlamaqda ittiham edib.
Proyas, "I, Robot" filmindəki dizaynları ilə Tesla Robotaxi tədbirində təqdim olunan avtomobilləri yan-yana göstərən bir şəkil paylaşaraq, bu görüntüyə "Hey Elon, dizaynlarımı geri ala bilərəmmi zəhmət olmasa?" şərhini əlavə edib. Proyas-ın paylaşdığı görüntülərlə Tesla-nın avtomobilləri arasındakı oxşarlıq həqiqətən gözə çarpır. Xüsusilə Cybercab və Robovan dizaynları, filmdəki avtomobillərin dizaynlarına xeyli bənzəyir.
Əslində, Elon Musk və Tesla bu ilhamlanmanı çox da gizlətməyib. Tesla-nın tədbirinin başlığı olan "We, Robot" da birbaşa "I, Robot"a bir işarə idi. Lakin bu işarə, Tesla-nın dizaynları icazəsiz şəkildə kopyalamasını ört-basdır etmək üçün yetərli olmayıb və Proyas sosial mediada bu vəziyyətə öz reaksiyasını bildirib. Proyas-ın bu paylaşımı ümumilikdə izləyicilərindən dəstək alsa da, tam bir qəbuldan söz açmaq olmaz. Bəzi sosial media istifadəçiləri, daha köhnə əsərlər, məsələn, Metropolis kimi filmləri misal gətirərək bu cür oxşar dizaynların "I, Robot"dan çox əvvəl mövcud olduğunu, buna görə də Proyas-ın bu dizaynları öz adına çıxara bilməyəcəyini iddia ediblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla-nın Optimus robotlarının insanlar tərəfindən idarə edildiyi ortaya çıxıb!
Tesla-nın Optimus robotlarının insanlar tərəfindən idarə edildiyi ortaya çıxıb!
Tesla-nın son günlərdə Optimus robotları ilə keçirdiyi nümayişin insan dəstəyi ilə həyata keçirildiyi üzə çıxıb. Robotlar əslində tam avtomatlaşdırılmış şəkildə işləmirmiş.
SpaceX ilk dəfə bir raketi havada yaxalayaraq adını tarixə yazdırıb! (VİDEO)
SpaceX ilk dəfə bir raketi havada yaxalayaraq adını tarixə yazdırıb! (VİDEO)
Kosmik texnologiyalar sektorunda Elon Musk fırtınası əsməyə davam edir. Mechazilla adlanan 2 mexaniki qol, Yerə geri dönən 1200 tonluq gücləndirici raketi havada tutmağı bacarıb.
Tesla yenilənmiş Optimus robotlarını təqdim edib (VİDEO)
Tesla yenilənmiş Optimus robotlarını təqdim edib (VİDEO)
esla şirkəti Cybercap adlı pilotsuz taksi və Robovan adlı pilotsuz mikroavtobusdan əlavə olaraq özünün Optimus robotlarının yeni versiyalarını təqdim edib.
Tesla Robovan adlı pilotsuz mikroavtobus təqdim edilib (VİDEO)
Tesla Robovan adlı pilotsuz mikroavtobus təqdim edilib (VİDEO)
Tesla şirkəti Cybercap adlı pilotsuz taksi ilə yanaşı həmçinin Robovan adlı pilotsuz mikroavtobusu da təqdim edib.
Tesla sükansız və pedalsız "Cybercab" adlı robot taksisini təqdim edib!
Tesla sükansız və pedalsız "Cybercab" adlı robot taksisini təqdim edib!
Tesla-nın maraqla gözlənilən robot taksi modeli rəsmi olaraq təqdim edilib. "Cybercab" adlandırılan avtomobil, sükan və pedal olmadan istehsal edilib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!