
IBM şirkəti debatlar üçün olan süni zəkanı təqdim edib (VİDEO)
Elm & Texnologiya
20.06.2018
Emil
San Fransiskoda keçirilən tədbirdə
IBM şirkəti süni zəka sahəsindəki yeni yaratmış olduğu məhsul Project Debater-i
təqdim edib. Bu alqoritm debat zamanı öz rəqibinin arqumentlərini analiz edərək
öz arqumentlərini yaradır. Məlumata əsasən debat zamanı sözügedən sistem ilə
İsraildən olan iki professional şəxs debat aparıb. Debat öncədən həm
debatçılar həmdə alqoritm tərəfindən bilinməyən iki mövzu əsasında aparılıb.
İştirakçılar dövlət tərəfindən kosmik proqramların subsidiyalaşdırılması və
kompüterlər ilə telekommunikasiya vasitələrinin tibb sahəsində istifadəsinin
vacibliyi mövzularında debatlarda iştirak ediblər. İzləyicilərin fikrincə
birinci mövzu üzrə Project Debater öz rəqibini geridə qoyub. Belə ki, sistem
kosmosun mənimsənilməsi üçün aktiv şəkildə investisiyaların vacibliyini
vurğulayıb. Alqoritm öz fikrini onunla izah edib ki, kosmik proqramlardan olan
potensial mənfəət, onun reallaşdırılması üçün xərclənmiş vəsaitləri üstələyir.
İkinci mövzu zamanı isə sistem nasazlıqlar ilə qarşılaşıb və məntiqi arqumentlər
ardıcıllığını qura bilməyib. İkinci mövzunun sonundakı çıxışında isə sistem öz
rəqibini əsassız şəkildə yalançılıqda günahlandırıb. Layihənin yaradıcıları
qeyd ediblər ki, yaradılmış sistemdə səhvlərin olması normaldır. Mühəndislərin
sözlərinə əsasən şirkətin əsas məqsədi məlumatlara istinadən qərəzsiz arqumentləri
ortaya qoymağı bacaran sistemi yaratmaqdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
