IBM şirkəti dünyanın ən kiçik kompüterini təqdim etdi

IBM şirkəti dünyanın ən kiçik kompüterini təqdim etdi

Texnologiya
19.03.2018 PAYLAŞIM

    Güclü kompüterlərin vacib bir mənfi cəhətləri var. Onlar ölçü baxımından çox böyük olurlar. Lakin bu mənfi özəllik yaxın gələcəkdə aradan qaldırıla bilər. Bu barədə IBM şirkəti xəbər verib. IBM Think 2018 tədbiri çərçivəsində şirkət özünün də dediyi kimi dünyanın ən balaca kompüterini təqdim edib. Duz dənəciyi ölçüsündə olan çip gücünə görə 1990-cı ilin x86 adlı prosessorun hesablama gücünə bərabərdir. Günümüzdə isə bu cür göstərici heç də çox deyil.



    Şirkət rəsmilərinin sözlərinə görə bu kompüterin istehsalı 10 sentdən az qiymətə başa gələcək və bir neçə yüz min tranzistordan ibarət olacaq. Bu isə öz növbəsində həmin kompüterə məlumatların idarə olunması, analizi və hətta emalı imkanlarını verəcək. Sözügedən kompüter blockchain texnologiyası vasitəsilə çalışır. Əsasən o, tətbiqlərin blokları üçün məlumat mənbəyi qismində çıxış edə bilər.


    Kompüter hətta məlumatların sıralanması kimi süni zəka bazası tapşırıqlarını da yerinə yetirə bilər. IBM-in bildirdiyinə görə növbəti 5 il ərzində bu cür kiçik kompüterlər istənilən cihazda olacaq. Bununla belə şirkət öz məhsulunun nə zaman irimiqyaslı istehsalata yollanacağı barəsində məlumat verməyib. Şirkət mühəndisləri hələki çipin prototipi ilə müxtəlif sınaqlar keçirdirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×