IBM şirkətinin süni zəka alqoritmi real insan səsini 5 dəqiqəyə kopyalamağı öyrənib

IBM şirkətinin süni zəka alqoritmi real insan səsini 5 dəqiqəyə kopyalamağı öyrənib

Texnologiya
01.10.2019 PAYLAŞIM

    Böyük texnoloji şirkətlər kompüter səsinin təbii səslənməsinə böyük diqqət ayırırlar. Bu yolda IBM şirkəti süni zəka texnologiyası əsasında yaradılmış yeni alqoritmlə növbəti uğura imza atıb. Belə ki, şirkətin yaratdığı yeni alqoritm hansısa şəxsin səsi ilə tanış olduqdan 5 dəqiqə sonra həmin şəxsin səsi ilə danışa bilir. Bu barədə Venturebeat saytı xəbər verib.

    Şirkətin verdiyi məlumata əasən bu yeni alqoritm real zaman ərzində dialoqlar qura, müxtəlif növ danışıq və səs tembri tərzinə adaptasiya ola bilir. Şirkət mütəxəssisləri qeyd ediblər ki, modul arxitekturası əsasında neyron nitqinin sintez olunması sayəsində onlar təbii səslənən kompüter səsi yarada biliblər. Sözügedən sistem 3 hissədən ibarətdir: Prosodiya (nitqin vurğu, intonasiya, intensivlik, temp və tembr kimi fonetik vahidləri çoxluğudur) funksiyasının prediktoru (proqnozlaşdırma üsulu), akustik özəlliklərin prediktoru və neyron vokoder (voice coder - nitq sintezi cihazı).


    Bu 3 komponent birlikdə danışan şəxsin danışıq tərzini təyin etməkdə yardımçı olur və akustik təhrifləri nəzərə almaqla nitqin təqdim etmə enerjisini və yüksəkliyini ayarlayır. Şirkətin verdiyi məlumata əsasən hansısa şəxsin səsi ilə danışmaq üçün bu alqoritmə təyin edilmiş şəxsin səsi ilə 5 dəqiqəlik tanışlıq bəs edir. Yeni səs sintezi tenxologiyasının səslənmə nümunələri ilə IBM Watson saytında tanış olmaq olar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×