ICO nədir və onunla pul qazanmaq olar mı?

ICO nədir və onunla pul qazanmaq olar mı?

Texnologiya
15.07.2017 PAYLAŞIM

Bir çoxları günümüzdə ICO-nu crowdfunding-in yeni inkişaf mərhələsi və ənənəvi IPO-nun alternativi adlandırırlar. Blockchain, bitcoinin təməlində yerləşən texnologiyadır və o son illərdə məşhurlaşmağa başlayıb. Nəticədə həmin texnologiyanı müxtəlif sahələrdə istifadə edirlər. Bunlara misal olaraq Initial Coin Offering-i (ICO) göstərmək olar. ICO, ənənəvi IPO prinsipi ilə çalışır. IPO prinsipi ilə çalışan zaman hansısa şirkətə vəsait yatıran investor, həmin şirkətdən müəyyən pay götürür. ICO ilə müqayisədə isə burda olan yeganə fərq ondan ibarətdir ki, investor bu zaman real səhmlər əldə etmir. O, kriptobirjalarda müxtəlif kriptovalyutalara satılan kriptoqrafik tokenlərə sahib olur. Başqa sözlə desək tokenlər hansısa səhmlərə və ya mülkiyyətin başqa formasına bağlı deyillər. Bundan əlavə olaraq ICO, crowdfunding ilə çox oxşardır. Belə ki, hər iki halda bir qayda olaraq vəsaitlər müəyyən konsepsiyanın reallaşdırılması üçün yığılır. İnvestisiya cəlb etmək istəyən şirkətlərin ICO-ya olan tələbatları anlaşılandır. Belə ki, ənənəvi vəsait yığma (IPO, crowdfunding, vençur investisiyaları) üsulları indiki zamanda kriptovalyuta sahəsindəki kimi asan deyil. Məhz buna görə bir çox startaplar, ICO-nu sevirlər. Lakin ICO-nun ən böyük üstünlüyü həmçinin onun ən mənfi cəhətidir. Belə ki, bu sistemdə tənzimlənmə olmur. Nəticədə tənzimlənmənin olmaması ilə ICO üzrə vəsait yığmaq prosesi asanlaşır. Lakin investorun hüquqları bu zaman qorunmur. Bəziləri düşünsələr ki, tənzimlənmənin olmaması əslində müsbət cəhətdir, başa düşmək lazımdır ki, maliyyə bazarlarındakı olan qanunvericilik, investor ilə onun vəsaitlərini cəlb etməyə çalışan şəxs arasındakı güzəşt rolunu oynayır. Məsələn, Listing (dəyərli kağızlar) ənənəvi birjada qəliz və böyük vəsait tələb edən bir prosesdir. Belə ki, investisiya sənədlərinin, hesabatlarının və s. kimi özəlliklərin hazırlanması tələb olunur.

Bu qaydalar məhz investorların hüquqlarını qorumaq üçün yaradılmışdı. Dələduzlar isə həmişə sistemin boşluqlarından istifadə edirlər. Misal olaraq bir neçə müddət bundan öncə Kickstarter platformasında peyda olmuş bir çox “uğurlu” layihələri gətirmək olar. Nəticədə onlar reallaşdırılmamış qaldılar. Əgər siz, Kickstarterdə olan və sonda reallaşdırılmamış layihəyə xərclədiyiniz 10$-a görə məhkəmə proseslərində iştirak etmək marağında deyilsəniz, ICO-da olan vəsaitlər daha ciddidir. Bu səbəbdən zərər çəkmiş insan sayının artması səbəbi ilə gec-tez bu sistemdə də tənzimlənmə özəlliyi baş verəcək. Bununla yanaşı başa düşmək lazımdır ki, potensial investor üçün risk nəinki dələduzlar tərəfindən, həmdə insaflı şirkətlər tərəfindən var. Məsələ burasındadır ki, hazır məhsulu olan və konkret kütləyə hədəflənmiş şirkətə maliyyə yatırmaq ilə son nəticənin necə olacağını bilinməyən bir məhsula investisiya yatırmaq tamamilə fərqli-fərqli şeylərdir. Potensial investor üçün olan risklərdən əlavə olaraq həmçinin ICO vasitəsilə investisiya cəlb edən şirkət üçün olan riskləri də nəzərə almaq lazımdır. Bunun, ciddi tənzimlənmə problemlərinə gətirib çıxartması azmış kimi həmçinin startapın uğurlu olacağı halda onun üçün ciddi investorun tapılması da çətinləşəcək. Bu sahədə qanunvericiliyin olmaması, ICO səhmdar iştirakçılarının hüquq qiymətləndirilməsində problemlər yaradır. Hansı normal insan, şirkətin səhm strukturunu və öz payını başa düşmədiyi şirkətə investisiya yatırar? Ümumilikdə ICO indiki halında sadəcə olaraq yeni texnologiyadır. Onu maliyyə bazarının gələcəyi kimi qəbul etmək düzgün deyil. Əgər investor hüququnun qorunmasını təmin edəcək tənzimlənmə qanunları olmasa, onda bu sistem, uğursuz layihələrin çoxluğu hesabına öz aktuallığını itirəcək. Əgər tənzimlənmə qaydaları işə düşsə, onda ICO öz əsas müsbət cəhətini itirəcək. Söhbət, vəsaitlərin asan şəkildə cəlb olunmasından gedir. Çox güman ki, nəticədə ICO, IPO-nun bir mexanizmi halına çevriləcək və gələcəkdə bu mexanizm, vəsaitin cəlb edilməsi sahəsində alternativ üsul olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm Snapdragon 895 prosessoru bar'sində ilk məlumatlar verilib

Qualcomm hələ özünün yeni nəsil Snapdragon prosessorunu təqdim etməsə də insayderlər artıq onun barə..


Xiaomi Mi Band 6-da vasitəsilə messencerlərdəki mesajlara cavab vermək funksiyas..

Xiaomi şirkəti Mi Band 6 smart qolbağına hamının çoxdan gözlədiyi funksiyanı daxil etməyi planlaşdır..


Starlink bu ilin sonuna kimi internet sürətini 2 dəfə artıracaq

Bahalı qlobal peyk interneti layihəsi olan Starlink ilk istifdəçiləri saniyədə 50-150 Mbit internet ..


OPPO enerjini hava vasitəsilə ötürən Wireless Air Charging adlı naqilsiz şarj te..

Keçən ayın sonunda Xiaomi və Motorola şirkətləri özlərinin yeni nəsil naqilsiz şarj texnologiyaların..


Apple iPad modellərinin birindən imtina edə bilər

Son illərdə planşetlərə tələbat getdikcə azalır.


Xiaomi fərdi elektromobil istehsalı haqqında yayılmış məlumatlara aydınlıq gətir..

Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti fərdi elektromobil istehsalını p..

×