ICO-ya olan inamsızlıq. ICO-dan sonra şirkətlər ya pullarını itirir, ya da yoxa çıxırlar

ICO-ya olan inamsızlıq. ICO-dan sonra şirkətlər ya pullarını itirir, ya da yoxa çıxırlar

Texnologiya
22.11.2017 PAYLAŞIM

ICO-nun təhlükəliyi barəsində dünya üzrə tənzimləyicilər, məmurlar və investorlar çox danışıblar.

Onların verdikləri bəyanatların ümumilikdə mənası var. ICO həqiqətən də riskli investisiya formatıdır. Praktiki cəhətdən də bu sübut olunur. Belə ki, bir neçə gün bundan öncə hackerlər “Tether” adlı şirkətdən 30 milyon dollar dəyərində kriptovalyuta oğurladılar. Confido adlı layihənin yaradıcıları isə ICO vasitəsilə 375.000$ vəsait yığaraq aradan çıxdılar. “Tether” bildirib ki, o, hacker hücumuna məruz qalıb. Şirkətin rəhbərliyinin sözlərinə əsasən kimliyi bilinməyə hacker 30 milyon dollar dəyərində tokenləri oğurlayıb



Confido adlı blockchain layihəsinin yaradıcıları isə görünür ki, pulları götürüb qaçıblar. Belə ki, onlar sosial şəbəkələrdə olmuş bütün hesablarını silmiş və hamı ilə əlaqəni kəsmişlər. Bu iki hadisə bir-birinə heç bənzəmir. Birinci halda da şirkət sahibləri hackerlərin qurbanı olublar. Lakin hər iki halda investorlar eyni şəkildə zərər çəkib və eyni şəkildə qanunvericilik tərəfdən qorunmurlar. Bundan əlavə olaraq tam əminliklə demək olmaz ki, bu hacker hücumu pul vəsaitlərinin ortadan qaldırılması üçün edilməyib.


Kriptovalyutalar və ICO bazarı hələ də bütün dünya üzrə zəif şəkildə nizamlanır. Kriptovalyuta ekosisteminin özünün anonimlik özəlliyini daşıması fonunda müxtəlif növ dələduzluq üçün imkanlar yaranır. Məsələn bu ilin yay fəslində İsrailin CoinDash” adlı .şirkətinin ICO-su zamanı hackerlrə investisiya vəsaitləri üçün nəzərdə tutulmuş elektron portmanatın ünvanını dəyişmişdilər. Bu sadə dəyişiklik ona gətirib çıxartdı ki, elektron portmanatın ünvanının dəyişildiyi məlum olanda 7.5 milyon dollar vəsait kimliyi bilinməyən hackerə köçürülmüşdü.

Həmin vaxtda da mübahisələr gedirdi ki, şirkətin yaradıcıları özləri bu hadisəni quraşdırıblar. Kriptovalyuta investisiyaları və mübadiləsi ilə bağlı olan bütün sahələr artıq hacker hücumları, buglar və dələduzluqdan zərər çəkiblər. Pul vəsaitlərini itirmək üçün ICO-da iştirak etmək şərt deyil. Belə ki, bir neçə müddət bundan öncə Parity adlı kriptovalyuta portmanatında 200 milyon dollar dəyərində efirlər dondurulmuşdu.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×