main-post-cover

    İddia: Samsung, Galaxy S smartfon seriyasını sonlandıra bilər

    Elm & Texnologiya
    13.05.2020
    Nijat Hamid
            Bilindiki kimi Samsung flaqman modellərini Galaxy S seriyası adı altında istehsal edir. Galaxy S20 smartfonları da bu seriyanın ən sonuncu modelləridir. Lakin görünən odur ki, istifadəçilər Galaxy S seriyası smartfonları artıq çox da sevmir. Çünki Galaxy S20 smartfonlarının satışları yaxşı getmir. Hətta təxminlərə görə Galaxy S20 seriyasının satışları S10 seriyasının sadəcə 80%-i qədər ola biləcək. Bu da Samsung üçün yaxşı bir göstərici deyil.

    Galaxy S10 seriyası bu günə qədər 36 milyon ədəd satıldı. Galaxy S20-nin satışlarının daha az olması gözlənilir.

            Samsung şirkətinə məxsus ən çox satılan smartfon Galaxy S4 olmuşdu. Satış rəqəmləri 80 milyonu keçmişdi. Lakin sonrakı modellərdə bu nəticələr əldə oluna bilmədi. Analitiklərin dediklərinə görə artıq istifadəçilər Galaxy S adı altında yeni smartfon gördüklərində həyəcanlanmırlar. Sonuncu S20 seriyası isə həm Exynos 990 ilə əlaqəli problemlərə görə, həm də çox şey vəd etməməsinə baxmayaraq yüksək qiymətlərə malik olması səbəbilə istifadəçilər tərəfindən sevilmədi.
            Hal-hazırda şirkətə yaxın mənbələrin dediklərinə görə Samsung rəsmiləri də bu gedişatdan razı deyil və kritik qərarlar almağa hazırlaşırlar. Anlaşılan Samsung, Galaxy S seriyasında böyük dəyişikliklər edəcək. Bəzilərinin iddialarına görə isə şirkət Galaxy S seriyası smartfonların istehsalını dayandırıb yerinə başqa və yeni smartfon seriyası çıxartmaq istəyir. Biz isə gözləyib nələrin baş verəcəyini görəcəyik.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər