
IFA 2017: 'Lenovo', rəsmi olaraq Moto X4 smartfonunu təqdim etdi
Elm & Texnologiya
31.08.2017
Emil
Berlində keçirilən IFA 2017 tədbirində “Lenovo” şirkəti, Moto X seriyasının yeni modelini anons etdi.

Yeni Moto X4, büdcəli smartfonlar seriyasına xas olan
texniki göstəricilərə sahibdir. Beləliklə Moto X4, 5.2 inç Full HD ekran, 8
nüvəli Snapdragon 630 prosessoru, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş (2 TB-a kimi
microSD dəstəyi), biri 12 MP, digəri 8 MP olmaqla ikili arxa kamera, 16 MP-lik
ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun
arxa paneli şüşədən ibarətdir. Onun ön hissəsində isə barmaq izi skanı yerləşir.
Bundan əlavə olaraq smartfon, IP68 standartına uyğun olaraq sudan və tozdan
qorunma özəlliyinə sahibdir. Qeyd etmək lazımdır ki, ikili arxa kameradakı 12
MP-lik obyektiv, adi, 8 MP-lik obyektiv isə 120 dərəcə bucaq görüntüsünə
sahibdir. Moto X4, Amazon Alexa səsli assistantı ilə birlikdə satışa
çıxarılacaq. Sistem əməliyyatı kimi isə Android 7.1 Nougat təqdim olunacaq.
Moto X4, bu ay 475$ qiymətində satışa çıxacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
