İki əkiz qardaş iPhone X-in Face ID texnologiyasını aldatmağa çalışdı (VİDEO)

İki əkiz qardaş iPhone X-in Face ID texnologiyasını aldatmağa çalışdı (VİDEO)

Texnologiya
01.11.2017 PAYLAŞIM

Mashable saytının jurnalistləri yeni satışa çıxacaq iPhone X-in Face ID texnologiyası üçün əsl sınaq testi hazırladılar.

Belə ki, onlar Face ID texnologiyasını əkiz insanların üzərində yoxlayaraq həmin sistemin çaşıb-çaşmayacağını yoxlamaq istədilər. Qeyd etmək lazımdır ki, iPhone X-in təqdimatı zamanı şirkət rəsmiləri Face ID texnologiyasının təhlükəsizliyi barəsində bir xeyli danışaraq bildirmişdilər ki, bu sistemin səhv etmə ehtimalı milyonda birə bərabərdir.

Bununla yanaşı şirkət bildirmişdi ki, 13 yaşından aşağı və əkiz şəxslərdə Face ID texnologiyasından istifadədə problemlər yarana bilər. Təcrübə üçün Mashable saytı iki əkiz insanı dəvət etdi. Hər iki halda dəvət olunmuş şəxslər bir-birilərinə çox bənzəyirdilər. Hətta onlar bildirmişdilər ki, onların dostları və hətta ailə üzvləri də onları səhv salırlar. Beləliklə onlar öyrənmək istəyirdilər ki, Face ID texnologiyası onları ayırd edə biləcək yoxsa yox.


İlk öncə qardaşlardan biri öz üzünü qeydiyyatdan keçirtdi və smartfonu əkizinə ötürdü. Əkiz qardaş öz üzü ilə smartfonu blockdan çıxarmaq istəyən zaman Face ID həmin əkizin öz sahibi olduğunu təyin edərək telefonu aktiv hala gətirdi. Beləliklə əgər sizin əkiz yaxınınız varsa və əgər sizin smartfonunuzda gizli məlumatlar yerləşibsə, onda ən yaxşısı adi şifrə sistemindən istifadə etməkdir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×