
İki ekrana sahib qapaqlı flaqman modeli Samsung W2018 təqdim olundu
Elm & Texnologiya
01.12.2017
Emil
“Samsung” şirkətinin gözlənilən qapaqlı modeli W2018 rəsmi olaraq Çində təqdim olundu.
Smartfonun təqdim olunduğu xüsusi
tədbir çərçivəsində onun barəsində olan əvvəlki məlumatların hamısı öz təsdiqini
tapdı. Beləliklə bu yeni smartfon W seriyalı cihazlara start verir. Samsung W2018 iki ekrana sahibdir. Onlardan
birini hətta smartfon bağlı olduqda da işlətmək olar. Onun korpusu metaldan
hazırlanıb, barmaq izi skanı isə arxa paneldəki kameranın yanında yerləşdirilib.

Söndürüb/yandırma, blocka salma və səs tənzimləmə düymələri smartfonun sağ tərəfində
yerləşir. Bixby səsli köməkçi düyməsi və SIM kart girişi isə sol tərəfdədir.
İdarəetmə üçün D-pad adlı sensorlu çarxdan istifadə olunur. Texniki özəlliklərə
gəldikdə isə smartfon 2 ədəd 4.2 inç-lik AMOLED ekranı (Gorilla Glass 5
qoruyucu şüşəli), 2.35 GHz tezlikli 8 nüvəli Snapdragon 835 prosessoru, 6 GB
RAM, 64/256 GB daxili yaddaş, f/1.5 diafraqmalı 12 MP-lik arxa və 5 MP-lik ön
kamera, 2300 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Qeyd etmək laızmdır
ki, yaxşı işıqlandırılmış mühitdə arxa kamera f/2.4 diafraqmasına keçid edir. Həmçinin
o özündə hibrid avtofokus və optik stabilizasiya özəlliklərini də birləşdirir.
Smartfon Samsung Experience 8.5 ara üzlü Android 7.1.1 Nougat əməliyyat sistemi
vasitəsilə çalışır. Şarj prosesi isə USB Type-C girişi vasitəsilə
reallaşdırılır. Smartfon klaviaturasının yuxarı hissəsində həmçinin göz qişası
skanı da mövcuddur. Samsung W2018-in qiyməti barəsində hələki heç bir məlumat
verilməyib.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
