İki neytron ulduzun birləşərək partlaması hadisəsinin Böyük partlayışın kiçik versiyası olduğu məlum olub
Elm & Texnologiya
14.11.2024
Emil
Alimlər iki neytron ulduzun birləşməsi nəticəsində baş vermiş partlayışın aylarla olmuş müşahidə nəticələri barəsində danışıblar. Onlar təyin ediblər ki, iki neytron ulduzun birləşməsi nəticəsində baş verən partlayış Böyük partlayışın kiçik versiyasıdır. Bunu təyin etmək üçün alimlər baş vermiş partlayış anını və ondan sonrakı prosesləri müşahidələr sayəsində bərpa ediblər. İki neytron ulduzun birləşməsi nəticəsində baş vermiş partlayış 17 avqust 2017-ci ildə təyin edilib. Həmin tarixdən iki həftə əvvəl isə qravitasiya dalğalarının təyini üçün nəzərdə tutulmuş üçüncü detektor istifadəyə verilmişdi. Söhbət, Virgo adlı rəsədxanasının detektorundan gedir.
Bu və ABŞ-ın LIGO adlı rəsədxanasının sahib olduğu iki ədəd detektor sayəsində qravitasiya dalğalarının mənbəyini yüksək dəqiqliklə lokallaşdırmaq mümkün olub. Bunun sayəsində alimlər 17 avqust 2017-ci il tarixində GW170817 adlı hadisəni təyin etmişdilər. Söhbət, iki neytron ulduzunun birləşməsi nəticəsində baş vermiş partlayış sonrası olmuş qravitasiya dalğasından gedir. İki neytron ulduzunun birləşməsi nəticəsində baş verən partlayış günümüzdə kilonova adlanır. Bu cür partlayışlar adi supernovalardan 1000 dəfə daha parlaq olurlar. Alimlərin 2017-ci ildə təyin etmiş olduqları kilonova AT2017gfo indeksinə sahibdir.
Baş vermiş hadisənin sonrakı mərhələlərinin bütün mümkün müşahidələri sayəsində əldə edilmiş məlumatlar yalnız 7 il sonra bu hadisə barəsində kompleksli nəticələrin əldə edilməsinə şərait yaradıblar. Alimlərin sözlərinə əsasən onlar real Böyük partlayışın kiçik versiyasını müşahidə ediblər. Biz hal-hazırda ətrafımızdakı kosmik mikrodalğa arxa plan şüalanmasını (fon radiasiyası) təyin edə bilirik. Lakin baş vermiş kilonovanın saatlarla müşahidəsi ondan əvvəlki, partlayış zamanı və partlayışdan sonrakı prosesləri görməyə imkan verib. Alimlər müşahidə ediblər ki, partlayışın baş vermiş olduğu sahədə hələ heç bir materiyanın olmadığı zaman isti plazmadan elektronlar atomlarla birləşməyə başlayaraq neytral atomları formalaşdırıblar.
Söhbət, kainatda yalnız bu cür böyük enerjili hadisələr nəticəsində formalaşan ağır elementlərdən gedir. Partlayışdan sonrakı mərhələdə alimlər stronsiumu və digər ağır metalları aşkar ediblər. Adi ulduzlarda termonüvə sintezinin enerjisi yalnız dəmir atomlarının formalaşmasına kifayət edir. Məlumatda qeyd edilib ki, kilonova zamanı temperatur göstəricisi 1 milyard dərəcə Selsiyə çatıb. Qeyd etmək lazımdır ki, Böyük partlayışdan sonra da ağır metalların atomları formalaşmağa başlamışdı. Baş vermiş kilonova onu göstərib ki, biz kainatın doğuşu və təkamülü barəsində olan baza nəzəriyyələri təcrübi üsulla sübut edə bilərik.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar