
İki süni zəka üzərində cinsi əlaqə sorğuları aparılıb
Elm & Texnologiya
21.12.2017
Emil
Otaqo və Yeni Zelandiya Universitetlərinin tədqiqatçıları “Google” ilə “Apple” şirkətlərinin səsli köməkçilərinə cinsi əlaqə barəsində suallar verib və onların cavablarını müqayisə ediblər.
Bu barədə Motherboard saytı xəbər
verib. Tədqiqatçılar istifadəçiləri ən çox narahat edən mövzuları tapmaq üçün
İngiltərənin milli səhiyyə xidmətinin saytındakı seksual sağlamlıq bölməsinə
göndərilmiş sorğu bazasından istifadə ediblər. Alimlər əmindirlər ki, insanlar
öz problemləri barəsində həkimlərdən soruşmaqdan utanırlar və buna görə də
onlar çox güman ki, səsli köməkçilərə və axtarış sistemlərinə üz tuturlar.
Onlar yoxlamaq istəyiblər ki, Siri və Google Assistant bu vəziyyətdə özlərini
necə göstərəcəklər. Tədqiqatın aparıcı rəhbəri Nick Wilson bildirib ki, nəticələr gözləniləndən
daha yaxşı olub və hər iki səsli köməkçi sorğulara nufuzlu mənbələrin məlumatları
ilə cavab veriblər. Əsas problemlərdən qeyd olunanlar siyahısında bildirilib
ki, Siri bəzi anlarda deyilən sözü anlamayıb və ya ümumiyyətlə suala cavab verməyib.
Ən yaxşı cavabları isə Google Assistant verib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
