
Microsoft və Google şirkətlərinin mütəxəssisləri Intel prosessorlarında yeni sistem boşluğu aşkar ediblər. Həmin sistem boşluğunun aradan qaldırılması üçün prosessorlardakı mikrokodu yeniləmək lazımdır. Bu isə öz növbəsində bəzi sistemlərin iş sürətini azaldacaq. Yaxın bir neçə həftə ərzində Intel şirkəti sistem yenilənməsini təqdim edəcək. Lakin ilk öncə şirkət biznes əməkdaşlar üçün yenilənmənin beta versiyasını təqdim edəcək. Beləliklə yenilənmə sözügedən sistem boşluğundan qoruyacaq, lakin eyni zamanda bəzi sistemlərin iş sürətini də azaldacaq. Yeni sistem boşluğu Microsoft şirkətinin mütəxəssisləri tərəfindən hələ 2017-ci ilin Noyabr ayında aşkar edilmişdir.
Şirkət mütəxəssisləri həmin boşluğu aşkar edəndən sonra boşluqların planlaşdırılmış aşkar olunması (Coordinated Vulnerability Disclosure) proqramı çərçivəsində onları Intel şirkətinə ötürmüşdülər. Çox güman ki, yeni sistem boşluğu Spectre və Meltdown-a bənzəyir. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə hackerlər Spectre və Meltdown sayəsində Intel nüvəsinin yaddaş çatışmazlığından istifadə edərək istifadəçilərin kompüterlərindən şifrələri, faylları və digər məlumatları oğurlaya bilirdilıər. Bununla belə bu məsələdə Microsoft-un təqdim etmiş olduğu yenilənmədən sonra istifadəçilər öz kompüterlərinin çalışmasında problemlər ilə qarşılaşırdılar.
Şərh yoxdur