İlk 'ağıllı' geyim növü təqdim edildi (VİDEO)

İlk 'ağıllı' geyim növü təqdim edildi (VİDEO)

Texnologiya
02.08.2017 PAYLAŞIM

Project Kino adlı yeni texnologiya, insan bədəni üzərində hərəkət edən kiçik və “ağıllı” robotlar sayəsində geyimlər üçün bəzək hazırlamağa imkan verir.

Keçən il Massaçusets Texnologiya İnstitutu, maqnit vasitəsilə paltarların üzərində hərəkət etməyi bacaran kiçik robotları təqdim etmişdi. Nəticədə onlara uyğun tətbiq sahəsi tapıldı. Söhbət, paltarların bəzədilməsindən gedir. Robotlara, paltarın dəbinə uyğun olan müxtəlif rəngli korpuslar yerləşdirdilər. Beləliklə onlar, paltar üzərində hər zaman hərəkətdə olan bəzək elementinə çevrildilər. Bununla yanaşı robotlar, məxməri parçanın üzərində də naxışlar yarada bilirlər. Bundan əlavə olaraq robotlar təkcə paltarları bəzəməklə qalmır, həmdə insana yardım edə bilirlər. Məsələn onlar insanın üzərində olan geyimin arxa hissəsində olan başlığı, effektiv şəkildə aşağı sala və yaxud onlardan biri, insanın baş hissəsinə yaxınlaşsa, onda mikrofon qismində çıxış edə bilərlər. “Biz, daşına bilən cihazları öz şəxsi köməkçilərimiz kimi hesab edirik. Biz düşünürük ki, gələcəkdə onlar öz zəkalarına sahib olacaqlar və sizin vərdişləriniz ilə professional dəbinizi öyrənəcəklər. Onların ölçüləri kiçiləndə isə onlar sizin geyim tərzinizə yaraşacaqlar” – deyə Project Kino texnologiyasının yaradıcılarından biri qeyd edib. Hal hazırda robotların ölçülərinin bir qədər böyük olması səbəbilə onları, istənilən insan üçün bəzək elementi kimi istifadə etmək olmur. Belə ki, onlar çox böyükdürlər və nəzərə çarpırlar. Lakin indidən bu texnologiya çox cəlbedici görünür.




DAHA ÇOX


Apple Vision Pro-nun batareya həcmi barəsində yeni məlumat ortaya çıxıb

Vision Pro-nun təqdimatı zamanı Apple şirkəti ənənəyə sadiq qalaraq cihazın texniki göstəricilərinə ..


Acer Nitro XV272URV adlı gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer şirkəti Nitro XV272URV adlı yeni gaming monitorunu təqdim edib.


Apple investorları Vision Pro-dan razı qalıblar

Apple Vision Pro-nun təqdimatından öncə o, investorları o qədər də maraqlandırmırdı.


İnternetdən xəbərsiz milyonlarla insan: Şimali Koreyada internetdən istifadə təc..

Cənubi Koreyanın People for Successful Corean Reunification (Pscore) adlı insan hüquqları təşkilatı ..


Mark Zuckerberg Apple Vision Pro-nu tənqid edib

Apple şirkəıtinin təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı Meta-nın CEO-su Mark Zu..


Huawei 3-cü səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini açıq..

Huawei şirkətinin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong 3-cü səviyyəli (L3) avtopilot si..

×