
İlk çərçivəsiz Xperia modellərinin fotoları sızdırıldı
Elm & Texnologiya
09.12.2017
Emil
Gizchina saytı Sony Xperia seriyasının anonsu olmamış ilk çərçivəsiz modellərinin fotolarını təqdim edib.
Şirkətin məlum olmayan ilk modeli
şirkətə xas olan düzbucaqlı dördbucaq formaya sahibdir və onun ucları itidir. Həmçinin
arxa paneldə üfüqi şəkildə yerləşdirilmiş ikili arxa kamera var. Aşağı hissədə
isə barmaq izi skanı yerləşdirilib. İkinci model bu seriya üçün tam fərqli
dizayna sahibdir. Belə ki, onun kənarları dairəvi formadadır. İkinci modelin də
arxa panelində ikili arxa kamera yerləşir. Lakin ikinci modelin arxa kameraları
qəribə şəkildə yerləşdirilib və onların arasında ikili işıqlandırma sistemi
var.

Smartfonun arxa panelində barmaq izi skanı yoxdur. Həmçinin ön paneldə
Home düyməsi də nəzərə çarpmır. Əgər onun barmaq izi skanı varsa, onda onun
harda yerləşməsi barədə suallar yaranır. Məlumata əsasən hər iki smartfon 5.7
inç 4K ekran, Snapdragon 845 prosessoru və 6 GB RAM ilə təchiz olunacaq.
Onların hər ikisi də Android 8.0 Oreo əməliyyat
sistemi vasitəsilə çalışacaq. Çox gümanki yeni smartfonlar Yanvar ayında
keçiriləcək CES 2018 və ya Fevral ayında keçiriləcək MWC 2018 tədbirində anons
olunacaqlar.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
