Logo
    main-post-cover

    İlk iPhone modelini uğursuz hesab etmiş 'Apple' rəqibləri, smartfon haqqında nə düşünürdülər (VİDEO)

    Elm & Texnologiya
    11.09.2017
    Emil
    10 il bundan öncə Steve Jobs, ilk iPhone modelini dünyaya təqdim etmişdi. O, 3G özəlliyinə, fiziki klaviaturaya və stilusa sahib olmamaqla yanaşı həmdə çox baha idi. Bir çoxları deyirdi ki, “Apple”, ucuz və klaviaturalı telefonların yer tutduğu və insan zövqünün tez-tez dəyişdiyi bir bazara daxil olub. Heç kim bu şirkətin yeni məhsulunun uğuruna inanmırdı. Lakin şirkətin rəqibləri onun yeni cihazı barəsində nə düşünürdülər?
    Steve Ballmer: “iPhone-nun uğur qazanmağa heç bir şansı yoxdur”.
    Həmin vaxtlarda Microsoft şirkətinin CEO-su olmuş Steve Ballmer, MacWorld tədbiri çərçivəsində təqdim olunmuş ilk iPhone modeli barəsində mənfi fikirlər söyləmişdi. O, cihazı, “Microsoft”un məhsullarının satışlarını keçə bilməyəcək və çox kiçik bir auditoriyaya sahib olacaq kateqoriyaya aid etmişdi. “iPhone heç vaxt, bazarın hansısa hissəsini tuta bilməyəcək. Heç bir şans yoxdur. Bu, müqavilə əsasında 500$-a satılan bir cihazdır. Biznes seqmentdə, sistem əməliyyatı Windows Mobile olan Motorola Q kimi ucuz olan telefon varkən, heç kim klaviaturasız 500$-lıq smartfonu almayacaq” – deyə Steve Ballmer, həmin vaxtda qeyd etmişdi. 2016-cı ilin 3-cü rübündə iPhone, bazarın 11.5%-nə sahib idi. Windows Mobile isə bu bazarın yalnız 0.4%-ni özündə birləşdirirdi.
    Richard Prag: “Mən, kiməsə bu telefonun lazım olacağına inanmıram”.
    Həmin vaxtda “Microsoft”un marketinq direktoru da “Apple”ın yeni məhsulunu bəyənməmişdi. “Mən hətta təsəvvür edə bilmirəm ki, bu cür telefon kimə lazım olacaq. İlk öncə telefon, telefon olmalıdır. Lakin iPhone ilə biz nəyə sahib oluruq? Bir dəfə şarj olunmaqla 5 saata kimi çalışmaq özəlliyi, fiziki klaviaturanın olmaması. Bu sözləri yadınızda saxlayın və 2 ildən sonra onlara yenidən qayıdın. Mən əminəm ki, “Apple”, Steve jobs-un planı üzrə 2008-ci ilə kimi 10 milyon iPhone satmayacaq” – deyə Richard Prag bildirmişdi. Həqiqətən də “Apple”, 10 milyon iPhone satmadı. Əksinə o, 11 milyondan çox iPhone satmışdı.
    Nokia: “iPhone, heç cürə bizim baxış tərzimizə təsir etməyəcək”.
    iPhone-nun satışa çıxdığı müddətdə Nokia, dünyanın ən böyük mobil telefon istehsalçısı idi. Onda şirkətin CEO-su, “Apple”ın yeni cihazını, bazarın inkişaf ümidi ilə qarşılamışdı. “Düşünmürəm ki, “Apple”ın cihazı bizim strategiyamıza təsir edəcək. Bununla yanaşı “Apple”ın, mobil telefon bazarına çıxması faktı, həmin bazarı stimullaşdıra bilər. Biz bu cür böyük oyunçuların yaranmasına sevinirik. Bu, sənayeyə ümumilikdə öz müsbət təsirini göstərəcək” – deyə şirkət bildirmişdi. 2010-cu ildə Nokia-nın CEO-su Stephen Elop olmuşdu. O isə öz növbəsində komandaya bildirmişdi ki, onlar tamamilə müvəffəqiyyətsizliyə uğradılar və bazarın yeni qaydalarına uyğunlaşa bilmədilər.
    “BlackBerry”: “Sadəcə olaraq yeni bir rəqib”.
    BlackBerrynin keçmiş vitse-prezidenti Jim Balsille bidlirmişdi ki, iPhone-nun satışa çıxması, bazara heç bir təsir göstərməyəcək. “Bu sadəcə olaraq istifadəçilər üçün geniş seçim olan bazarda yeni oyunçudur. Uzunmüddətli perspektivdən danışdıqda isə iPhone həddindən artıq qiymətləndirilir” – deyə Jim Balsille bildirmişdi. Gördüyünüz kimi iPhone ilk dəfə satışa çıxanda, heç də bütün rəqiblər təlaşa düşmədilər və çox şirkətlər, bazarın yeni qaydalarına uyğunlaşmaq istəmirdi. Nəticədə “Apple”ın arxasınca gedənlərdən başqa hamı uduzdu. 
    Paylaş
    Bənzər xəbərlər