İlk iPhone-nun yaradılması haqqında çox maraqlı fakt. Əslində Jobs, iPhone-nu kimin acığına yaratmışdı?

22.06.2017 0 PAYLAŞIM 1080 OXUNMA

Bu il ilk iPhone modelinin 10 yaşı tamam oldu. Bu münasibətlə “Apple” şirkəti, ilk iPhone modelinin yaradılması haqqında maraqlı faktları ortaya çıxartmağa başlayıb. Bir neçə gün bundan öncə məlum oldu ki, Steve Jobs əslində ilk iPhone modelini daha çox Android smartfona bənzətmək istəyirdi. İndi isə daha bir maraqlı fakt ortaya çıxıb. iPhone və iPad modellərinin yaradıcılarından biri olan Scott Forstall bildirib ki, Steve Jobs-un, “Microsoft” şirkətinin bir əməkdaşı ilə münaqişəsi, Jobs-u, iPhone yaratmağa sövq edib. Forstall-ın sözlərinə əsasən Jobs, “Microsoft” şirkətinin bir əməkdaşı ilə tanış idi. Buna baxmayaraq onlar heç vaxt ortaq məxrəcə gələ bilmirdilər. Onlar ona görə ünsiyyət qurmuşdular ki, “Microsoft”un həmin əməkdaşı, Jobs-un həyat yoldaşının yaxın rəfiqəsi ilə evli idi. Bu iki şəxs arasındakı ünsiyyət daha çox münaqişəni xatırladırdı.

Hər dəfə sözügedən əməkdaş ilə ünsiyyətdən sonra Jobs çox hirsli olurdu. Jobs-u ən çox əsəbləşdirən isə həmin əməkdaşın “Microsoft” tərəfindən hazırladığı planşetləri necə təriflədiyi və gələcəkdə stilusların çox məşhur olacaqları barəsindəki cümlələr idi. Məlumdur ki, Jobs özü stiluslara nifrət edirdi və onları lazımsız əşya kimi hesab edirdi. O hər dəfə qeyd edirdi ki, insan doğuşdan 10 ədəd stilusa sahibdir və hansısa məhsulu istifadə etmək üçün 11-ci stilusa ehtiyac yoxdur. Forstall onu da qeyd edib ki, bir neçə toxunuşa eyni anda reaksiya verən sensor ekranlı planşetin prototipini Jobs məhz “Microsoft”da çalışan əməkdaşın acığına yaratmışdı. O, stilusları tərifləməklə onu əsəbləşdirən “Microsoft” əməkdaşını bu cür üsulla cəzalandırmaq istəyirdi. Daha sonra Jobs, Forstall-a planşetin ölçüsünü, smartfona kimi kiçiltməyi təklif etdi. Həmin ideya onun o dərəcədə xoşuna gəldi ki, layihə öz istiqamətini dəyişərək nəticədə smartfon yönümlü oldu. Beləliklə 2007-ci ildə ilk iPhone modeli işıq üzü gördü.