main-post-cover

    İlk kommersiya tipli Hyperloop xətti Abu-Dabiyə qurulur

    20.04.2018
    Orxan Oguz
    Super sürətli yeni nəsil kommunikasiya üsulu olan Hyperloop üzərində işləyən şirkətlərdən biri Hyperloop Transportation Technologies Yas adasındakı Formula 1 zolağını inşa edən Aldar PJSC şirkəti ilə Abu Dabiyə Hyperloop xətti qurmağa hazırlaşır. 
    Müqaviləyə görə Abu Dabi ilə Dubay sərhədində yerləşən AI Maktoum Beynəlxalq Aeroportun yaxınlığına qurulacaq kommersiya məqsədli Hyperloop xəttinin 2020-ci ildə istifadəyə verilməsi planlanır. 
    Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında qurulacaq Hyperloop xəttinin 10 km uzunluğunda olacağı və Hyperloop Transportation Technologies-in inşaat müddətini bir neçə fərqli mərhələyə böldüyü deyilir. ''Bu müqavilə dünyanın ilk kommersiya tipli Hyperloop xəttinin Birləşmiş Ərəb Əmirliklərində qurulmasına xidmət edəcək'', deyən HTT prezidenti Bibop Gresta sonrakı illər üçün planlarının Abu Dabidən Al Ain-əDubaydan Riyada qədər uzanan nəhəng Hyperloop xətti yaratmaq olduğunu dedi. Gresta, BƏƏ hökümətinin dəstəyi sayəsində Hyperloop xəttinin ilk hissəsinin EXPO 2020 sərgisinə qədər çatdırılmasını hədəfləyir


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər