main-post-cover

    İlk Razer smartfonunun təqdimat tarixi məlum oldu

    Elm & Texnologiya
    12.10.2017
    Farid Pardashunas
    “Razer”, 1 Noyabr tarixi üçün xüsusi tədbirin keçiriləcəyini elan etdi.
    Gözlənildiyi kimi həmin tədbirdə şirkət özünün ilk gamer smartfonunu təqdim edəcək. Bu ilin əvvəlində “Razer”, “Nextbit” şirkətini aldı. “Nextbit” isə 2015-ci ildə dünyanın ilk bulud texnologiyalı smartfonu Robin-i təqdim etmişdi. Həmin smartfonun əsas özəlliyi ondan ibarət idi ki, foto, video və tətbiqlər, cihazın daxili yaddaşında deyil, bulud servisdə saxlanılırdı. Bu ilin Sentyabr ayında isə “Razer”in CEO-su, şirkətin öz smartfonunu istehsal etmək istəyini təsdiq etdi və onun anonsunu ilin sonunadək edəcəyinə söz verdi. Şirkətin saytındakı olan posterdə, smartfon ekranına baxan insan fiquru əks olunub.

    Məlumatlara əsasən “Razer”in təqdim edəcəyi smartfon, 2560x1440 piksel keyfiyyətli 5.7 inç ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, Adreno 540 qrafik sürətləndiricisi, 8 GB RAM, 64 GB daxili yaddaş, 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfonun, Android 7.1.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışacağı güman olunur. Təqdim olunacaq smartfonun qiyməti barəsində heç bir məlumat yoxdur. Lakin şirkətin qiymət siyasətini nəzərə alsaq, başa düşmək olar ki, onun qiyməti ucuz olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər