
İlk Razer smartfonunun təqdimat tarixi məlum oldu
Elm & Texnologiya
12.10.2017
Emil
“Razer”, 1 Noyabr tarixi üçün xüsusi tədbirin keçiriləcəyini elan etdi.
Gözlənildiyi kimi həmin tədbirdə
şirkət özünün ilk gamer smartfonunu təqdim edəcək. Bu ilin əvvəlində “Razer”, “Nextbit”
şirkətini aldı. “Nextbit” isə 2015-ci ildə dünyanın ilk bulud texnologiyalı
smartfonu Robin-i təqdim etmişdi. Həmin smartfonun əsas özəlliyi ondan ibarət
idi ki, foto, video və tətbiqlər, cihazın daxili yaddaşında deyil, bulud
servisdə saxlanılırdı. Bu ilin Sentyabr ayında isə “Razer”in CEO-su, şirkətin
öz smartfonunu istehsal etmək istəyini təsdiq etdi və onun anonsunu ilin
sonunadək edəcəyinə söz verdi. Şirkətin saytındakı olan posterdə, smartfon
ekranına baxan insan fiquru əks olunub.

Məlumatlara əsasən “Razer”in təqdim edəcəyi
smartfon, 2560x1440 piksel keyfiyyətli 5.7 inç ekran, 8 nüvəli Snapdragon 835
prosessoru, Adreno 540 qrafik sürətləndiricisi, 8 GB RAM, 64 GB daxili yaddaş,
12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfonun, Android
7.1.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışacağı güman olunur. Təqdim
olunacaq smartfonun qiyməti barəsində heç bir məlumat yoxdur. Lakin şirkətin
qiymət siyasətini nəzərə alsaq, başa düşmək olar ki, onun qiyməti ucuz
olmayacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
