Incognito rejimi barədə faktlar

Incognito rejimi barədə faktlar

Texnologiya
21.11.2017 PAYLAŞIM

Brauzerlərdə mövcud olan incognito pəncərəsi həqiqətən təhlükəsizdirmi?

Əvvəlcə onu qeyd edək ki, incognito pəncərəsi brauzerdə axtarış tarixçəsinin, cookie`lərin əməliyyat bitdikdən sonar saxlanılmayan və silinən pəncərədir. Burada etdiyimiz heç bir əməliyyat pəncərini bağladıqdan sonar tarixçə yaddaşında qalmır. Bununla belə bu pəncərə o qədər də təhlükəsiz deyil. Əminliklə demək olar ki, incognito rejimi brauzer və ya vebsaytın dəyişə biləcəyi, izləyəcəyi, xəbərdar olacağı xüsusiyyətləri limitləşdirir, lakin bu o demək deyil ki, siz tam qorunursunuz. Bu rejimdə çıxan pop up pəncərələr incognito rejimində açılmır və həmin pop up pəncərələrin sizi izləməsi, məlumatlarınızı alıb serverə ötürməsinə əngəl olacaq sərhədi olmur. Buna scripting deyilir ki, bu xüsusiyyət ilə incognito rejiminin bütün limitlərindən yayınmaq olur. Incognito rejiminin əsas funksiyası brauzerdə olan 3-cü partiya əlavələrin sizi izləməsinin qarşısını almaqdır. Bunlar daha çox cookie`lər adlanır və cookie sizi individual olaraq izləyə bilir.


Incognito rejimi bəzən çox faydalı da ola bilir, xüsusilə siz ticarət və səyahət saylarını tez tez ziyarət edirsinizsə, bu rejimdən istifadə etmək məsləhətlidir. Məsələn, bəzi (hətta bir çox) səyahət saytları siz sayta daxil olduğunuz andan sizin axtarış maraqlarınızı izləyir, yadda saxlayır və növbəti dəfə yeni axtarış etdikdə sizə daha bahalı, real olmayan, şişirdilmiş, manipulyasiya edilmiş qiymətlər təqdim edirlər. Incognito rejimi isə bu kimi halların qarşısını alır və sizi izləyə biləcək elementləri bloklayaraq məlumat ötürməyə icazə vermir. Beləliklə, siz incognito rejimdə tapdığınız qiymətləri normal brauzerə daşımaqla real qiymətə alış veriş edə bilərsiniz.

Incognito rejimin bir üst səviyyəsi isə “Sandboxie” və buna bənzər alətlərdir. Bu alətlər brauzeri tamamilə kompyuterin sistemindən ayırır və kompyuterlə brauzer arasında data alış verişini kəsir. Bununla da etdiyiniz bütün əməliyyatlar məhz həmin alətlərin çərçivələri daxilində baş verir. Daha dəqiq desək, bu alətlər vasitəsilə proqramları kompyuterin yaddaşına yazmadan istifadə etmək mümkündür. Günümüzdə ən təhlükəsiz internet istifadəsi də məhz belə alətlər vasitəsilə təmin edilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×