İnformasiya təhlükəsizliyi sahəsi mütəxəssisləri üçün CTF müsabiqəsinin qalibləri müəyyən edildi

İnformasiya təhlükəsizliyi sahəsi mütəxəssisləri üçün CTF müsabiqəsinin qalibləri müəyyən edildi

Texnologiya
18.12.2017 PAYLAŞIM

    16 dekabr tarixində Holiday INN otelində İnformasiya təhlükəsizliyi sahəsi mütəxəssisləri üçün CTF(Capture the flag) müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

    Tədbiri Azərbaycan RYTN Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov açaraq, bəznər tədbirlərin ölkədə kibertəhlükəsizliyin inkişafı və bu sahə üzrə mütəxəssislərə dəstək verilməsi üçün vacibliyini vurğuladı.


    Mükafatlandırma zamanı müsabiqənin partnyor şirkətlərinin nümayəndələri Vladlen Lartsin (Symantec həllərini təqdim edən MONT şirkəti) və Fuad Məlikov (İDRAK şirkətinin İnformasiya Təhlükəsizliyi şöbəsinin rəhbəri) müsabiqənin qalibləri sırasında gənclərin çoxluq təşkil etdiyini vurğuladılar və bənzər yarışların müntəzəm keçirilməsi təşəbbüsünü dəstəklədilər.

     Yarışda 30-dan artıq komanda iştirak etdi. Yarışın nəticəsində üçüncü yeri ken0m komandası, ikinci yeri tornado komandası, birinci yeri isə com komandası qazandı. Maraqlıdır ki, iştirakçılar arasında yalnız xanımlardan təşkil edilmiş komanda da var idi. Komanda təəssüf ki mükafat qazanan üçlüyə daxil olmasa belə həvəsləndirici mükafatlarla təltif edildi. Təşkilatçıların qeyd etdiyi kimi, gələn il, müsabiqənin daha geniş və dolğun formatda yenidən keçirilməsi planlaşdırılır.

     Xatırladaq ki yarış real vaxt rejimində www.ctf.az veb səhifəsində həyata keçirilmişdir. Müsabiqənin əsas məqsədi informasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin praktiki biliklərinin inkişafı, eləcə də bu sahədə olan mütəxəssislərin birliyinin formalaşdırılmasıdır.

     Müsabiqə çərçivəsində iştirakçılara veb-tətbiqetmələrdə olan pozuntuların istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik, və s. bu kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif edilmişdir.

     Dünya, CTF formatında kompüter təhlükəsizliyi yarışları haqqında, ilk dəfə iyirmi il öncə xəbər tutub. CTF yarışı ilk dəfə olaraq Las-Veqasda, DEF CON konfransında doxsanıncı illərin əvvəlində keçirilib. DEF CON CTF kompüter təhlükəsizliyi üzrə dünyanın ən nüfuzlu və məşhur yarışı sayılır.

    Yarışın təşkilatçıları şəbəkə perimetrinin, məlumatların və tətbiqetmələrin müdafiəsinə fokuslanmış, həmçinin kiber-insidentlərin qarşısının alınması üzrə həllər təqdim edən SmartIT (www.smartit.az) və tətbiqetmələrin təhlükəsizlik auditi, sızmaların testi və kod auditi üzrə ixtisaslaşan Solidlab (www.solidlab.ru) şirkətləri idi.

Müsabiqəyə informasiya dəstəyini Elektron Təhlükəsizlik Mərkəzi CERT (www.cert.az) göstərmişdir.

Müsabiqənin tərəfdaşları:

• İstənilən çətinlik səviyyəsində informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və müşayəti üzrə ixtisaslaşmış IDRAK (www.idrak.az) şirkəti;

• Azərbaycan ərazisində eksklüziv distrtbütor olan Mont şirkəti ilə təmsil edilən, informasiya təhlükəsizliyi və informasiyanın qorunması sahəsində proqram təminatı işləyib-hazırlanması üzrə ixtisaslaşan Symantec (www.symantec.com) şirkəti.

• İnternetdə biznesin təşkili üzrə xidmətlər təklif edən RENLEY (www.renley.az) agentliyi idi.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..

×