
İnformasiya təhlükəsizliyi sahəsində keçiriləcək CTF müsabiqəsinə iştirakçıların qeydiyyatı başladı
Elm & Texnologiya
30.11.2018
Farid
www.ctf.az veb səhifəsində kompüter təhlükəsizliyi sahəsində mütəxəssislər üçün CTF (Capture the flag) müsabiqəsinə müraciətlərin qəbulu başlandı.
Müsabiqənin qaydalarına uyğun olaraq iştirakçıların və komandaların qeydiyyatı yalnız 2018-ci il 30 noyabrdan 14 dekabradək mümkündür. Müsabiqə 2018-ci il 15 Dekabr saat 11:00-dan 23:00-dək əhatə edən dövrdə keçiriləcəkdir. Yarışlar müsabiqənin saytında onlayn rejimdə həyata keçiriləcək. Müsabiqənin şərtləri və vəzifələri ilə ətraflı www.ctf.az saytında tanış olmaq mümkündür.
Müsabiqənin qalibləri dekabrın 22-də elan olunacaq.
Bütün ölkənin kibertəhlükəsizlik üzrə mütəxəssislərin komandaları müsabiqə çərçivəsində üz-üzə gələcək və güclərini sınayacaqlar. CTF formatı mütəxəssislərin kompüter sistemlərinin mühafizəsi üzrə bacarıq və səriştələrini qiymətləndirməyə imkan verir.
Müsabiqə çərçivəsində iştirakçılara veb-tətbiqetmələrdə olan zəfliklərin istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik, və s. bu kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq. İnformasiya təhlükəsizliyi sahəsində hazırlıq dərəcəsindən asılı olmayaraq, maraqlanan bütün mütəxəssislər iştiraka dəvət edilir.

Bu ilin yeniliyi müsabiqənin qaliblərinin mükafatlandırılması günündə yəni dekabrın 15-də master-klass proqramının olmasıdır. Müstəqil ekspertlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində ən iri şirkətlərinin aparıcı əməkdaşları iştirakçılar və qonaqların qarşısında çıxış edəcəklər. Bununla da tədbir nəinki ölkədə olan ən perspektivli informasiya təhlükəsizliyi mütəxəssislərinin müəyyən edilməsi və qeyd edilməsinə yardım edəcəkdir, həm də görüş və fikir mübadiləsi yeri, informasiyanın qorunması istiqamətində bazarın və texnologiyaların inkişafı haqqında daha səhih məlumatın alınma mənbəyi olacaqdır.
Yarışların təşkilatçıları şəbəkə perimetrinin, məlumatların və tətbiqetmələrin müdafiəsinə fokuslanmış, həmçinin kiber-insidentlərin qarşısının alınması üzrə həllər təqdim edən SmartIT (www.smartit.az) və tətbiqetmələrin təhlükəsizlik auditi, sızmaların testi və kod auditi üzrə ixtisaslaşan Solidlab (www.solidlab.ru) şirkətləridir. Nəqliyyat, Rabitə, və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidməti (www.cert.az) müsabiqəyə öz dəstəyini göstərir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
