İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislər üçün keçiriləcək CTF müsabiqəsi başlayır

İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislər üçün keçiriləcək CTF müsabiqəsi başlayır

04.12.2017 PAYLAŞIM

    Dekabrın 4-də kompüter təhlükəsizliyi sahəsində mütəxəssislər üçün əhəmiyyətli müsabiqə start götürəcək. Bütün dünyada yaxşı tanınan məşhur CTF (Capture the flag) müsabiqəsi və www.ctf.az saytında ərizələrin qəbulu başlayır. CTF formatı mütəxəssislərin kompüter sistemlərinin mühafizəsi üzrə bacarıq və səriştələrini qiymətləndirməyə imkan verir. Müsabiqənin əsas məqsədi informasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin praktiki biliklərinin inkişafı, eləcə də bu sahədə olan mütəxəssislərin birliyinin formalaşdırılmasıdır. İnformasiya təhlükəsizliyi sahəsində hazırlıq dərəcəsindən asılı olmayaraq, maraqlanan bütün mütəxəssislər iştiraka dəvət edilir.

    Müsabiqə çərçivəsində iştirakçılara veb-tətbiqetmələrdə olan pozuntuların istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik, və s. bu kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq.


    Yarışın təşkilatçıları şəbəkə perimetrinin, məlumatların və tətbiqetmələrin müdafiəsinə fokuslanmış, həmçinin kiber-insidentlərin qarşısının alınması üzrə həllər təqdim edən SmartIT (www.smartit.az) və tətbiqetmələrin təhlükəsizlik auditi, sızmaların testi və kod auditi üzrə ixtisaslaşan Solidlab (www.solidlab.ru) şirkətləridir.

    Müsabiqənin qaydalarına uyğun olaraq iştirakçıların və və komandaların qeydiyyat yalnız 2017-ci il dekabrın 4-dan 10-dək mümkündür. Müsabiqə üzrə bütün yarışlar 2017-ci il dekabrın 10-u saat 11:00-dan 23:00-dək əhatə edən dövrdə keçiriləcəkdir. Yarışlar müsabiqənin saytında onlayn rejimdə həyata keçiriləcək. Müsabiqənin şərtləri və vəzifələri ilə ətraflı www.ctf.az saytında tanış olmaq mümkündür.

Müsabiqənin qalibləri dekabrın 16-də elan olunacaq.

Qaliblər, müsabiqənin təşkilatçılarının təqdim edəcəyi mükafatlardan savayı, kompüter təhlükəsizliyi üzrə real layihələrdə öz biliklərini tətbiq etmək, üçün potensial imkanı qazanacaqlar.

    Dünya, CTF oyun formatında kompüter təhlükəsizliyi yarışları barədə, iyirmi ildən çox müddət öncə xəbər tutub. Dünya CTF yarışı haqqında iyirmi ildən də artıq müddət öncə xəbərdar olub. CTF yarışı ilk dəfə olaraq Las-Veqasda, DEF CON konfransında doxsanıncı illərin əvvəlində keçirilib. DEF CON CTF kompüter təhlükəsizliyi üzrə dünyanın ən nüfuzlu və məşhur yarışı sayılır. CTF formatında yarışların Azərbaycanda keçirilməsi, azərbaycanlı mütəxəssislərın, haqlı olaraq, dünyanın ən güclü komandalarını toplayan bənzər tədbirlərdə, iştirakı üçün zəmin yaradacaq.

Müsabiqəyə informasiya dəstəyini Elektron Təhlükəsizlik Mərkəzi CERT www.cert.az göstərir

Müsabiqənin tərəfdaşları:

• İstənilən çətinlik səviyyəsində informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və müşayəti üzrə ixtisaslaşmış IDRAK (www.idrak.az) şirkəti;

• Azərbaycan ərazisində eksklüziv distrtbütor olan Mont şirkəti ilə təmsil edilən, informasiya təhlükəsizliyi və informasiyanın qorunması sahəsində proqram təminatı işləyib-hazırlanması üzrə ixtisaslaşan Symantec (www.symantec.com) şirkəti.

• İnternetdə biznesin təşkili üzrə xidmətlər təklif edən RENLEY (www.renley.az) agentliyidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×