main-post-cover

    Ingenuity pilotsuz uçuş aparatı Marsdakı missiyasını yekunlaşdırdı

    Elm & Texnologiya
    26.01.2024
    Emil Nəcəfov
         2021-ci ildə Mars səthində Perseverance aparatı ilə birgə fəaliyyətə başlamış Ingenuity adlı pilotsuz uçuş aparatı (PUA) öz missiyasını yekunlaşdırdı. NASA-nın vermiş olduğu məlumata əsasən Ingenuity-də olan mexaniki nasazlıq səbəbilə o artıq uça bilməyəcək. NASA mühəndisləri Ingenuity ilə əlaqəni davam etdirsələr də onun Marsdakı missiyasının yekunlaşdığını hesab etmək olar. Ingenuity-də olan mexaniki nasazlığı PUA-nın özündə olan kamerası ortaya çıxardıb.
         Fotodakı kölgədən də görmək olar ki, Ingenuity-nin pərlərindən birinin uc hissəsi tamamilə məhv olub. Bunun hansı səbəbə görə baş verdiyi tam aydın deyil. Ola bilər ki, PUA-nın pəri eniş zamanı Mars süxuru ilə toqquşub. Qeyd etmək lazımdır ki, Ingenuity ümumilikdə Mars səthində 72 uçuş missiyasını reallaşdırıb. Ümumilikdə isə Ingenuity Mars səthində 1043 Mars sutkası ərzində fəaliyyət göstərib. NASA mütəxəssisləri isə daha öncə bu missiyanın yalnız 30 Mars sutkası ərzində davam edəcəyini gözləyirdilər. Ingenuity-nin əsas məqsədi Marsda uçuş imkanlarının test olunması və planet səthinin fotolarının çəkilməsi idi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Mars ekvatorunda böyük həcmdə su buzu aşkar edilib
    mars-ekvatorunda-boyuk-hecmde-su-buzu-askar-edilib
    Amerikalı astronavtların Aya geri dönüşləri 1 illik təxirə salınıb
    amerikali-astronavtlarin-aya-geri-donusleri-1-illik-texire-salinib
    NASA kosmosdan Yer kürəsinə pişik videosu göndərib (VİDEO)
    nasa-kosmosdan-yer-kuresine-pisik-videosu-gonderib-video
    NASA BKS-in (Beynəlxalq Kosmik Stansiya) məhvinə 1 milyard dollar vəsait sərf edəcək
    nasa-bks-in-beynelxalq-kosmik-stansiya-mehvine-1-milyard-dollar-vesait-serf-edecek
    Mars süxur nümunələrinin Yer kürəsinə çatdırılması tam şəkildə maliyyələşdiriləcək
    mars-suxur-numunelerinin-yer-kuresine-catdirilmasi-tam-sekilde-maliyyelesdirilecek